Livanda Əl-Qaidənin yüksək rütbəli lideri həbs edilib

Bazar ertəsi 22 May 2023 - 10:33
https://az.iswnews.com/?p=22118

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Əl-Qaidə” terror qruplaşmasının yüksək rütbəli komandirlərindən biri Livan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Livanın təhlükəsizlik qüvvələri Deyr Əmmar şəhərində Livanda “Əl-Qaidə” terror qruplaşmasının yüksək rütbəli komandirlərindən və qurucularından birini həbs edib. Adıçəkilən şəxs “Fəthul-İslam” terror qruplaşmasının yaradılmasında öncül rol oynayıb.

Livan ordusunun açıqlamasına görə, Kəşfiyyat İdarəsinin xüsusi bölməsinin qüvvələri bu şəxsi mayın 19-da Deyr Əmmarın şimalında həbs etməyə nail olub.

Bununla bağlı daha çox təfərrüat dərc olunmayıb. Lakin onun Əl-Qaidə liderləri ilə yaxın münasibətdə olduğu bildirilir. 2007-ci ildən müəyyən səbəblərdən gizlin həyat yaşayıb. İŞİD və Cəbhət Ən-Nusra ortaya çıxdıqdan sonra münaqişələr səhnəsinə geri qayıdıb.

Bu şəxs Livanın şimalında fəaliyyət göstərən terrorçu qruplarla əlaqədə olub və 2014-cü ildə Tripoli döyüşündən sonra bu təşkilatın ən təhlükəli komandirlərindən birinə sığnacaq verməyə cəhd edib.

Livan ordusu həbs edilən şəxsin istintaqının səlahiyyətli məhkəmə işçisinin nəzarəti altında davam etdiyini açıqlayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir