Sudanlılar yeddi günlük atəşkəsə razılaşıblar

Bazar 21 May 2023 - 20:52
https://az.iswnews.com/?p=22108

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sudan ordusu və Çevik Reaksiya qüvvələrinin nümayəndələri bu ölkədə 7 günlük atəşkəsin yaradılması ilə bağlı razılığa gəliblər.

ABŞ və Səudiyyə Ərəbistanının yeni bəyanatına görə, Ciddədə davam edən danışıqlardan sonra, atəşkəs monitorinq mexanizmi ilə yeni Sudan razılaşması yaxın 48 saat ərzində həyata keçiriləcək.

Bu razılaşmaya əsasən, Sudan ordusu və Çevik Reaksiya Qüvvələri 7 günlük atəşkəs elan edəcək. Sudan tərəfləri həmçinin humanitar yardım marşrutlarını yenidən açmağı, xəstəxanalardan məsafə saxlamağı, qırıcı bombardmanları, artilleriya hücumlarını dayandırmağı və s. yerinə yetirəcəklər.

ABŞ və Səudiyyə Ərəbistanının Sudanda münaqişə edən tərəflər arasında atəşkəs yaratmaq üçün əvvəlki bütün səyləri başlayandan bir neçə saat sonra uğursuzluqla nəticələnən Sudanda atəşkəs elan edilmişdir. Hazırda bu münaqişələr Xartum, Əl-Cəninə və Nyala şəhərlərində davam edir.

Aprelin 5-də Ciddədə ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə Sudan sülh danışıqları başlamışdır. Birgə bəyanatın elan edilməsinə baxmayaraq, bu danışıqlar hərtərəfli atəşkəsin yaradılmasında uğur qazanmamış və daha çox insan tələfatına və mülki əhalinin didərgin düşməsinə səbəb olmuşdur.

Daha çox oxuyun: Ciddədə sudanlıların danışıqları başa çatdı; Atəşkəs olmadan əldə olunan razılaşma!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir