İşğal olunmuş Fələstində 150 ​​mindən çox sionist Netanyahuya qarşı nümayiş keçirib + FOTO

Bazar 21 May 2023 - 19:40
https://az.iswnews.com/?p=22100

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 150 mindən çox sionist İsrail baş nazirinin məhkəmə islahatları proqramına etiraz üçün 20-ci həftə olaraq Tel-Əvivdə nümayiş keçirib.

Mayın 20-də Təl-Əvivdə və işğal olunmuş ərazilərin bir sıra digər şəhərlərində 150 ​​mindən çox sionist Netanyahunun məhkəmə islahatları planları əleyhinə nümayiş keçirib.

Bu nümayişdə etirazçılar vurğuladılar ki, Netanyahunun məhkəmə islahatları planı İsraili diktator siyasi sistemə yaxınlaşdırır.

Qeyd edək ki, hər həftənin şənbə günləri işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində sionistlərin nümayişləri keçirilir. Netanyahunun məhkəmə islahatı proqramına etiraz olaraq təşkil edilən bu mitinqlər artıq 20-ci həftəyə daxil olub. İsrail rejiminin baş naziri martın 27-də bu rejimin məhkəmə sistemi ilə bağlı mübahisəli planının dayandırıldığını elan edib, buna baxmayaraq sionist nümayişləri davam edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir