Pakistan ordusu Əfqanıstanın şərqindəki kəndə dron hücumu edib + FOTO

Cümə 19 May 2023 - 09:58
https://az.iswnews.com/?p=22019

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pakistan ordusunun Xost vilayətinə dron hücumu nəticəsində 6 nəfər, o cümlədən Təhrik-e-Taliban Pakistan (TTP) komandirlərindən olan müfti Məhəmməd Faruq ölüb və yaralanıb.

Mayın 16-da səhər saat 3:00 radələrində Pakistan ordusunun Xost əyalətinin Mandozayi rayonunda yerləşən Bəhram Xeyl kəndinə hücumundan sonra Təhrik-e-Taliban Pakistan (TTP) hərəkatının altı üzvü, o cümlədən bu dəstənin komandirlərindən olan müfti Məhəmməd Faruq öldürüldü və yaralandı.

Müfti Məhəmməd Faruq Təhrik-e-Taliban Pakistan (TTP) komandirlərindən və Şimali Vəziristan bölgəsinin qaçqınlarından biridir. O, səkkiz il əvvəldən Mandozayi rayonunun Bəhram Xeyl kəndinin sakinidir və bu yaxınlarda bu kənddəki məscidə imam təyin olunub. O, həmçinin Əfqanıstanla sərhəd bölgələrdə Pakistan ordusunun mövqelərinə qarşı bir neçə silahlı hücumun planlaşdırılmasında məsuliyyət daşıyır.

Yerli mənbələrin məlumatına görə, CH-4 (Çin istehsalı) ilə Məhəmməd Faruqun evinə hücum nəticəsində onun iki qızı həlak olub, o, həyat yoldaşı və daha iki uşağı yaralanıb.

Qeyd edək ki, Xost əyaləti və Əfqanıstanın digər şərq əyalətlərində Pakistanın təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurmalar səbəbindən Pakistanın Şimali və Cənubi Vəziristan vilayətlərindən olan və Əfqanıstana köçmüş yüzlərlə ailə yaşayır. Həmçinin bu ailələrin əksəriyyəti Təhrik-e-Taliban Pakistan (TTP) terror qruplaşmasının üzvləridir və ara-sıra Pakistan ordusunun dronları və artilleriya hücumlarına məruz qalırlar.

2023-cü il aprelin 16-da naməlum qırıcılar Xost vilayətinin Sepri rayonunun Mandete, Əmir Sapar, Paxi Mili və Şakuni bölgələrində pakistanlı qaçqınların məskənlərinə hücum etmiş, nəticədə 40 nəfər həlak olmuş və yaralanmışdır. Bəzi mənbələr bu hücumun Pakistan tərəfindən icra olunduğunu qeyd edib.

Daha çox oxuyun: İnfoqrafik: Əfqanıstanda Taliban mövqeləri əleyhinə olan hava hücumları

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir