Yəməndə baş verən son hadisələr, 15 May 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmən xalqı Azadələr İntiqamı adı altında baş tutmuş əməliyyatla əlaqədar Qəzzə xalqına və İslami Cihad hərəkatına dəstək aksiyası və yürüş keçirib.
1- Şəbvə:
Mayın 11-də Əl-Dər Əl-Vətən qüvvələri Cordan rayonundan Ətəq şəhərinə hərəkət edib. Bu yerdəyişmə Ətəq – Əl-İbər yolunda irəliləyişlərlə müşayiət olundu və indiyə qədər Şəbvə Müdafiə Qüvvələri və Cənub Keçid Şurası ilə münaqişəyə səbəb olmayıb.
Daha çox oxuyun: Əl-Dər Əl-Vətən qüvvələri Əl-Vadiyə keçidinə nəzarəti ələ keçirib
2- Sənaa:
– Mayın 11-də İslah partiyasının hərbi komandirlərindən biri və Səudiyyə koalisiyasının yerli komandiri general-mayor Haşim Əl-Əhmərin yaxın qohumu Hatəm Əl-Əhmər Sənaaya daxil olaraq Ənsarullaha qoşulub.
– Hüseyn Əl-İzzi, Yəmənin Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini deyib: “Fransa artıq Yəmənin qazını oğurlaya bilməyəcək və bu ölkənin cansıxıcı səfirini bizim haqqımızda hər cür nifrətlə danışmağa vadar edən budur”. O, bildirib: “Parisə deyirik: Səfirinizin göz yaşı, yalan və nifrət içində boğulmaq rolunu oynamasına ehtiyac yoxdur və Yəmən xalqı ilə düşmənçilik etmək yaxşı deyil. Biz dostuq və Yəmən qazını almaq mümkündür. Yalnız dünya valyutası ilə”.
-Mayın 15-də Yəmən xalqı Ənsarullahın nəzarəti altında olan müxtəlif şəhərlərdə Qəzzə xalqına və İslami Cihad hərəkatına dəstək məqsədilə Azadələrin İntiqamı adı altında mitinq və yürüş keçirib. Yəmənlilər Azadələrin İntiqamı əməliyyatı və digər müqavimət əməliyyatlarını təbrik edərək, sionist rejimin cinayətlərinə qarşı beynəlxalq sükutu pisləyiblər.
3- Əl-Hudəydə:
– Mayın 13-də Ənsarullah Hərbi Dəniz Qüvvələri Əl-Hudəydə sahillərində Səudiyyə koalisiyasına məxsus hərbi gəmini məhv edib. Bu gəmi koalisiya qüvvələri üçün silah və sursat daşıyırdı və işğalçılar gəmini buraxıb, qaçdıqdan sonra məhv edilib.
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 130 dəfə pozub.
4- Əl-Bəyda:
Əl-Qurəşiyyə rayonunun Əl-Mənsurə kənd məscidində cümə namazı zamanı silahlı şəxsin hücumu nəticəsində 5 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Bu qarşıdurma zamanı hücum edən Nasir Əl-İrami öldürülüb. Təkfirçi qrupların bu bölgəyə nəzarətinin keçmişdəki fəaliyyətlərini nəzər alsaq, bu hücumun İŞİD və ya Əl-Qaidə terror qruplaşması tərəfindən həyata keçirildiyini ehtimal etmək olar.
5- Əbyən:
– Cənub Keçid Şurası ilə Əl-Qaidə terror qruplaşmasının silahlı qarşıdurması Əl-Məhfəd rayonunda ara-sıra davam edir.
– Mayın 10-da Vadi Əl-Xiyalada İslah Partiyası ilə Cənub Keçid Şurasının silahlıları arasında toqquşma olub.
– Mayın 10-da Ciar rayonunda bombanın partlaması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
6- Həzərmut:
Mayın 9-da BƏƏ, hərbi personalını və hərbi texnikasını Əl-Rayyan aviabazasının mülki obyektlərindən çıxarıb. Bu addımdan sonra Səudiyyə Ərəbistanı qüvvələri bu hissələrə nəzarəti ələ keçirib və onu qorumaq üçün Əl-Dər Əl-Vətən qüvvələrinin 1-ci Briqadasının əsgərlərini yerləşdirilib.
Qeyd edək ki, Amerika qüvvələrinin müşayiəti ilə BƏƏ qüvvələri hələ də Əl-Rayyan aviabazasının hərbi sektorunda və bu bazanın yaxınlığında yerləşən 190-cı Hava Hücumundan Müdafiə Briqadasının qərargahında mövcuddur.
Daha çox oxuyun: BƏƏ-nin Yəmənin Həzərmut sahillərindəki böyük bazası haradadır?
Rəy