Sərdar Qaani Fələstin müqavimətinə mesajında: Müqaviməti dəstəkləməyə davam edirik

Bazar ertəsi 15 May 2023 - 18:57
https://az.iswnews.com/?p=21848

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Fələstin müqavimət dəstələrinə göndərdiyi mesajda İran İslam Respublikasının müqavimət cəbhəsinə dəstəyinin davam edəcəyini vurğulayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar İsmayıl Qaani mayın 14-də Fələstin müqavimət dəstələrinə müraciətində bildirib ki, Qüds və İordan çayının qərb sahili və bütün Fələstində mücahidlər qələbənin yaxınlaşdığını sübut ediblər.

Sərdad Qaani şəhid ailələrini salamlayarkən deyib: “Onlar Qüdsü və müqəddəs məkanları qorumaq əmanətini iradə və sədaqətlə daşıyanlardır. Müqavimət dəstələrinin komandirləri və mücahidləri ayağa qalxaraq qüvvə toplamaqda davam edirdilər ki, bu da düşməni qorxudan və qələbə qazandıran bir addımdır”.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı Qəzzə xalqı və mücahidlərinin mühasirəsinə baxmayaraq namusdan müdafiə və cihad üçün döyüşdüklərini bildirərək, müqavimət mücahidlərinə xitab edərək deyib: “Birgə əməliyyat otağının komandirləri! Döyüş tarixində yeni bir iz buraxdınız. Siz bir daha sübut etdiniz ki, düşməni əzmək və məğlub etmək olar”.

Sərdar Qaani qeyd etdi: “Siz öz əməkdaşlığınız və birliyinizlə əvvəlki qələbələrinizə daha bir qələbə əlavə edə bildiniz. Bu qələbələr son qələbəyə doğru atılan davamlı addımlardır. İran Fələstin xalqını və müqavimətini dəstəkləməyə davam edəcək. İran sionist rejimin Fələstin torpağından kökünün kəsilməsi üçün müqavimət cəbhəsini gücləndirməyə davam edəcək”.

Sonda o, Livan Hizbullahı döyüşçülərinə və bütün müqavimət dəstələrinə sionist düşmənə qarşı durduqlarına görə təşəkkür edib.

Qeyd edək ki, İsrail ordusu ilə Fələstin müqavimət dəstələri arasında toqquşmaların yeni mərhələsi 5 gün davam etdi. Fələstin müqavimətinin Azadələrin İntiqamı adlandırdığı bu döyüşdə 33 fələstinli şəhid oldu, 147 nəfər yaralandı. Həmçinin Fələstin müqavimətinin işğal olunmuş ərazilərə raket hücumları nəticəsində bir sionist həlak oldu, 77 nəfər isə yaralandı.

Daha çox oxuyun:
İslami Cihad Hərəkatının baş katibi beş günlük müharibənin başa çatdığını elan etdi; Ən-Nəxxalə: Müqavimətin bütün dəstəkçilərinə təşəkkür edirik
Azadələrin Qisası əməliyyatının başlanması; Fələstin müqavimətinin işğal olunmuş ərazilərə raket hücumu + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir