İngiltərə Ukraynaya “Storm Shadow” qanadlı raketləri göndərib

Bazar 14 May 2023 - 15:14
https://az.iswnews.com/?p=21795

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyi Ukraynaya “Storm Shadow” qanadlı raketləri göndərdiyini açıqlayıb.

İngiltərə müdafiə naziri Ben Uolles mayın 11-i cümə axşamı günü ölkəsinin Ukraynaya “Storm Shadow” qanadlı raketləri göndərməyə başladığını açıqlayıb.

“Storm Shadow” raketi İngiltərə, Fransa və İtaliya şirkətləri tərəfindən istehsal edilən, 250 km-dən çox mənzilli hava əsaslı qanadlı raketdir. Bu raket radardan yayınır və Ukrayna qırıcılarına Ukraynanın şərqində və cənubunda, eləcə də Rusiyanın qərbində Rusiya hərbi mövqelərinə daha asan hücum etməyə imkan verir. Təbii ki, İngiltərə mətbuatı ukraynalıların İngiltərənin tələbi ilə Rusiya torpaqlarına hücum etmək üçün bu raketlərdən istifadə etməməyə razı olduqlarını yazıb.

Bu xəbərə cavab olaraq Rusiya hakimiyyəti İngiltərənin Ukraynaya uzaqmənzilli raketlər verəcəyi təqdirdə, onların hərəkətlərinə layiqli cavab verəcəklərini açıqlayıb. Rusiyanın keçmişdə Qərb silahlarının göndərilməsinə ciddi reaksiya vermədiyi halda rusların bu təhdidi təkrarlanır.

İngiltərə Ukraynanı 150 km-dən çox mənzilli silahlarla təmin edən ilk ölkədir və bundan əvvəl ABŞ Ukraynaya 150 km mənzilli GLSDB raketlərini (bunlardan Himars reaktiv yaylım atəşi sistemləri vasitəsilə istifadə olunur) çatdırmışdır.

Daha çox oxuyun: Vladimir Zelenski: Hücumlara başlamaq üçün bizə daha çox vaxt lazımdır

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir