Azadələrin Qisası əməliyyatının başlanması; Fələstin müqavimətinin işğal olunmuş ərazilərə raket hücumu + VİDEO və FOTO

Cümə axşamı 11 May 2023 - 22:59
https://az.iswnews.com/?p=21693

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət dəstələri sionist rejim ordusunun Qəzza zolağına hücumlarına cavab olaraq işğal olunmuş Fələstinin müxtəlif bölgələrini raket hücumları ilə hədəfə alıblar.

Mayın 10-da Fələstin müqavimət dəstələri İsrail ordusunun Qəzza zolağına hava və artilleriya hücumlarına cavab olaraq sionist yaşayış məntəqələrini raket hücumları ilə hədəfə alıb. Fələstin müqavimət dəstələrinin müştərək əməliyyat otağının elanına əsasən, Fələstin müqavimət dəstələrinin sionistlərə qarşı yeni əməliyyatı Azadələrin Qisası adlanır.

Müqavimət dəstələri bir neçə mərhələdə işğal olunmuş ərazilərə, o cümlədən Təl-Əviv, Yaffa, Aşdod, Aşkelon və Ramat Qana doğru 300-dən çox raket atıb, bəziləri İsrail rejimi ordusunun Dəmir Qübbə sistemləri tərəfindən təyin edilərək məhv edilib, lakin bəziləri sionist bölgələri də vura bilib. İsrail mediasının məlumatına görə, işğal olunmuş ərazilərdəki ən azı 16 sionist müqavimət raketlərinin qorxusundan sığınacaqlara qaçarkən yaralanıb və yaralılardan bir neçəsi Brasilai xəstəxanasına aparılıb.

Sionist rejim televiziyasının 12-ci kanalı elan edib: “Qəzzada gərginlik və davam edən qarşıdurmalara görə Qəzza zolağından 40 kilometr uzaqlıqda yaşayan tələbələrin imtahanları sığınacaqların daxilində keçiriləcək və ya təxirə salınacaq”.

Ben Qurion hava limanının hava hərəkətinin monitorinqinə əsasən, Fələstin müqavimətinin raket hücumları səbəbindən bu hava limanında sərnişin təyyarələrinin qəbulu prosesi pozulub. Həmçinin, Hadshot İsrail xəbər saytı, Təl-Əvivin Ben Qurion hava limanı yaxınlığında Dəmir Qübbə sistemlərinin Fələstin müqavimət raketləri ilə toqquşduğunu bildirib.

Təl-Əviv hava limanında uçuşların dayandırılması

Toqquşmaların ardınca İsrail ordusu verdiyi açıqlamada bildirib: “Bu rejim qırıcıları Qəzza zolağının müxtəlif bölgələrində 53 hədəfi bombalayıb”.

Müqavimət raket hücumlarının bütün işğal olunmuş ərazilərdə davam etdiyi bir vaxtda sionist rejim qırıcıları Qəzza zolağının ərazilərinə hücumlar həyata keçiriblər. Bu hücumlardan sonra Fələstin Səhiyyə Nazirliyi sionist rejimin Qəzzəyə cinayətkar hücumlarının başlamasından bu yana 21 fələstinlinin şəhid olduğunu, 64 nəfərin isə yaralandığını açıqlayıb.

Daha çox oxuyun:
Sionist rejimin Qəzzanın cənubuna hava hücumu nəticəsində iki fələstinli şəhid olub + FOTO və VİDEO
İsrailin Qəzzaya hava hücumunda Sərayəl-Qüds komandirləri şəhid oldu + VİDEO və FOTO

Fələstin müqavimət qüvvələrinin işğal olunmuş ərazilərə raket hücumlarının videosu
İsrail ordusu Qəzza zolağındakı hədəflərə hücumun videosunu yayıb.
Sionist ordu Qəzza zolağında İslami Cihad hərəkatının hərbi qolu olan Səraya Əl-Qüdsün mövqelərinə hücumun videosunu yayıb.
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir