Pakistanda kütləvi iğtişaşlar; İmran Xan azad oldu + FOTO və VİDEO

Cümə axşamı 11 May 2023 - 20:46
https://az.iswnews.com/?p=21676

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İmran Xanın maliyyə korrupsiyası işi üzrə dünən keçirilən məhkəmənin nəticəsi olaraq onun həbs müddətinin daha 8 gün uzadılmasına baxmayaraq, o, bu gün azadlığa buraxılıb.

Pakistanın keçmiş baş naziri İmran Xanın qanunsuz torpaq əldə etmək, Əl-Qadir Trest İnstitutunun yaradılması və ondan 190 milyon funt-sterlinq qeyri-qanuni gəlir əldə etmək də daxil olmaqla çoxsaylı korrupsiya faktlarında ittiham olunaraq həbsindən sonra onun tərəfdarları, Təhrik-e-İnsaf Partiyasının üzvlərinin dəvəti ilə Pakistanın əksər şəhərlərində, o cümlədən İslamabad, Ravalpindi, Lahor, Pişəvər, Kəraçi, Kvetta və… etirazlara başladılar. Onların etirazları təhlükəsizlik qüvvələri tərəfindən qarşılanıb və İmran Xanın tərəfdarları bir sıra hökumət binalarını və avtomobilləri yandırıblar.

İmran Xan hələ də Pakistan polisinin nəzarətindədir və polis onun vəziyyəti ilə bağlı son xəbərlərdə İmran Xanın məhkəməyə təqdim edilməyəcəyini və məhkəmənin dünən (10 may) İslamabad şəhərindəki Pakistan polis bölmələrinin birində keçirildiyini bildirib. Bu görüşdə işin prokuroru İmran Xanın 14 sutka həbs olunmasını istəyib, lakin İmran Xanın müdafiəçiləri bu tələbə qarşı çıxıb və məhkəmə nəhayət, İmran Xanı xarici ölkə liderlərinin verdiyi hədiyyələrlə əlaqədar korrupsiyada günahlandıraraq səkkiz günlük həbs edib.

Pakistanda küçə qarşıdurmaları nəticəsində bir neçə nəfər həlak olub, minlərlə insan, o cümlədən 130 təhlükəsizlik işçisi yaralanıb. Bununla bağlı Pakistan Təhrik-e-İnsaf Partiyasına bağlı media iddia edib ki, Kvetta şəhərində partiyanın iki siyasi fəalı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, bir neçə nəfər isə yaralanıb. Həmçinin, təkcə Pəncabda 25 dövlət maşını və 14 hökumət binası yandırılıb.

Pakistanın daxili işlər naziri Rana Sanaullah da İmran Xanın həbsini qanuni hesab edib və Təhrik-e-İnsaf Partiyasının rəhbərlərinə bu məsələdə qanunları pozmaq və insanların hisslərini qızışdırmaq üçün istifadə etməmələri barədə xəbərdarlıq edib.

Pakistan Təhrik-e-İnsaf sədrinin müavini Şah Mahmud Qureyşi də Kəraçidə keçirdiyi mətbuat konfransında bu partiyanın ordu və digər təhlükəsizlik qurumları ilə heç bir gərginliyi və düşmənçiliyi olmadığını və partiya üzvlərinin təhlükəsizliyini təmin etmək istədiyini bildirib.

Hazırda Pakistanın müxtəlif şəhərlərinin bəzi ərazilərində etirazlar və küçə qarşıdurmaları davam edir və təhlükəsizlik qüvvələri əksər şəhərlərdə toplantıları və hər hansı siyasi etirazı qadağan edərək xüsusi tədbirlər hazırlayıb.

Pakistanda siyasi iğtişaşlarla eyni vaxtda rupinin dəyəri azalıb və bu vəziyyətin davam etməsi ilə pakistanlıların iqtisadi vəziyyətinin daha da pisləşməsi ehtimalı var.

İmran Xan əvvəlki çıxışlarında bu ölkədəki pis siyasi vəziyyətin Amerika tərəfindən qurulduğunu və əcnəbilərin və marionet hökumətin müdaxiləsi ilə heç vaxt iş görməyəcəyini bildirmişdir. O, bildirib ki, onu baş nazir postundan uzaqlaşdırmaqla Pakistanda müstəqillik və demokratiya ayaq altına atılıb və insanlar ölkəni qorumaq üçün ayağa qalxmalıdır.

Qeyd edək ki, Pakistan Ali Məhkəməsi İmran Xanın həbsini qanunsuz hesab edib və Pakistan Ali Məhkəməsinin qərarından sonra İmran Xan bu gün 11 mart tarixində sərbəst buraxılıb.

İmran Xan pərəstişkarlarının Pişəvərdəki etirazlarından
İmran Xanın azadlığa çıxması ilə əlaqədar görüntülər
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir