İordaniya qırıcıları Suriyanın cənubuna hücum edib + FOTO və VİDEO

Çərşənbə axşamı 9 May 2023 - 09:38
https://az.iswnews.com/?p=21556

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər agentliyi verir ki, İordaniya ordusunun Suriyanın Dəraa və Suveyda əyalətlərindəki hədəflərə endirdiyi hava zərbələri nəticəsində 6-sı uşaq olmaqla 8 mülki şəxs həlak olub.

Mayın 7-də İordaniya ordusunun qırıcıları narkotik qaçaqmalçılığı ilə mübarizəni bəhanə gətirərək, Dəraa əyalətinin Xarab Əl-Şəhm bölgəsindəki emalatxananı və Suveyda əyalətinin Əl-Şəab bölgəsindəki evi hədəfə alıblar.

İordaniya qırıcılarının hədəf aldığı evin Suriyanın cənub bölgəsində tanınmış qaçaqmalçılardan biri olan Məraa Əl-Rəmsan (45 yaş) adlı şəxsə məxsus olduğu bildirilir. Bu hücumda o, həyat yoldaşı və altı uşağı ilə birlikdə həlak olub.

Məraa Əl-Rəmsanın uşaqları ilə şəkli

Bu hücum, İordaniyanın xarici işlər naziri Əymən Əs-Səfədinin mayın 5-də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün lazımi tədbirlər görməyib, Suriya daxilində hərbi əməliyyatların aparılacağı ilə bağlı hədələməsindən sonra baş verib. O vurğulayıb ki, biz, narkotik vasitələrin qanunsuz dövriyyəsi təhlükəsini heç də yüngül qəbul etmirik.

Suriyanın rəsmi orqanları və hərbi komandirləri hələlik bu məsələyə münasibət bildirməyiblər.

Hadisə yerindən video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir