Vaqner Sədri: Müdafiə Nazirliyi Baxmuta daha çox sursat göndərəcəyinə söz verdi!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya ordusunun bu qüvvələrə daha çox sursat göndərəcəyini vəd etdiyini bildirib.
Vaqner şəxsi hərbi şirkətin rəhbəri Yevgeni Priqojin dəfələrlə Rusiya Müdafiə Nazirliyinin rəsmilərini və ordusunun hərbi komandirlərini Baxmut döyüşlərində Vaqner qüvvələrinə dəstək verməməsini bildirdikdən və arada yaranan şifahi gərginlikdən sonra Rusiya mediası Vaqnerin qüvvələrinə əlavə sursat verməkdən imtina etdiyi ilə bağlı xəbərlər yayımladı.
“Onlar söz verdilər ki, əməliyyatı davam etdirmək üçün lazım olan bütün sursat və silahları bizə verəcəklər”, – deyə Priqojin bildirib.
Vaqner sədrinin tənqidindən sonra Çeçenistan prezidenti Ramzan Kadırov Baxmut cəbhələrinin öz qüvvələrinə təhvil verilməsini və Vaqner qüvvələrinin Baxmutdan çıxarılmasını tələb etmişdir. Priqojin həmçinin Rusiya Müdafiə Nazirliyindən onun Baxmut şəhərindəki mövqelərini Kadırovun qüvvələrinə təhvil verməsini tələb etmişdir, lakin Rusiya Müdafiə Nazirliyi bu tələblə razılaşmadı.
Bundan sonra Vaqner əleyhinə və onun lehinə olan medialar Vaqner sədrinin Baxmutu təxliyə etmək qərarını tənqid edərək, şirkəti Baxmut əməliyyatını bitirməyə təşviq ediblər. Yevgeni Priqojin onu tənqid edənlərə münasibət bildirərək deyib: “Vaqner dəstəsini qalmağa və Baxmutun işini bitirməyə çağıran tənqidçilərə cavab vermək lazımdır ki, döyüşdə qalib gəlməkdənsə, ordunu xilas etmək yaxşıdır. Müharibə zamanı on minlərlə vaqnerli öldürüldü və ya yaralandı. Beləliklə, mən Vaqner qrupunu olduğu kimi saxlayıram. Qalıb öldürülməli olduğunu və “Get! Silah daşı, güllə keçirməz jilet geyin. Get, hələ vaxt var!” deyən tənqidçilərə demək lazımdır ki, niyə biz Baxmutda öləndə bu haqda heç kim danışmırdı?”
Vaqner şirkətinin sədri mayın 5-də elan etdi ki, onun qüvvələri yaxın vaxtlarda döyüş sursatı olmadığına görə Baxmutu tərk edəcək və bunun günahkarı Rusiya müdafiə naziridir.
Daha çox oxuyun: Vaqner qüvvələri Baxmutu tərk edir?! + VİDEO
Vaqner qoşunları Donetsk vilayətinin mühüm Baxmut şəhərinin ələ keçirilməsi əməliyyatına aylar öncə başlayıb və artıq bu şəhərin 90%-dən çoxunu ələ keçirib. Baxmut Ukraynanın şərq cəbhəsində Ukraynanın ən mühüm müdafiə məntəqələrindən biri olmaqla yanaşı, Donetskin şimal cəbhəsi üçün də dəstək mərkəzi idi. Baxmutun süqutu münaqişəni Kramatorsk, Slavyansk və Kostiantynivka şəhərlərinə çatması anlamındadır.
Daha çox oxuyun: Rusiya Baxmut şəhərinin 90%-nə nəzarəti ələ keçirib + XƏRİTƏ
Rəy