Əl-Qaidə: Səudiyyə Ərəbistanı şiələr qarşısında məğlubiyyətini etiraf etdi

Şənbə 6 May 2023 - 19:21
https://az.iswnews.com/?p=21451

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Məlahim İnstitutu (Əl-Qaidənin Ərəbistan yarımadasındakı (Yəmən) media qolu) öz lideri Xalid Batarifinin İran və Səudiyyə Ərəbistanı arasında son razılaşmanı və həmçinin Ərəbistan və Yəməndəki son hadisələri müzakirə edən videosunu yayımlayıb.

Ərəbistan yarımadasındakı Əl-Qaidə terror qruplaşmasının lideri Xalid Batrafi bu video bəyanatında Səudiyyə Ərəbistanının Yəmən məsələsi ilə bağlı son mövqelərini və bu ölkə ilə İran arasında əlaqələrin bərpasını sərt şəkildə tənqid edib.

O, bəyan edib ki, Səudiyyə Ərəbistanı kimi öz ölkəsində müsəlmanları fitnə-fəsad törədən və müqəddəs torpaqlarda kafir qüvvələrə ev sahibliyi edən bir hökumətdən Yəməndə sünnilərin xeyrinə addımlar atmasını gözləmək olmaz. Batarifi daha sonra Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməndəki qəddar hərəkətlərini sünnilərin səudiyyəlilər və əmirliklərdən qisas almaq üçün Husilərə (Ənsarullah) qoşulmasının səbəblərindən biri hesab edib və bildirib ki, səudiyyəlilər Husilərlə (Ənsarullah) son danışıqları nəticəsində və ondan əvvəl İranla diplomatik münasibətlərin bərpasından sonra şiələrə qarşı məğlub olduqlarını etiraf etdilər. Səudiyyə Ərəbistanı Husilərin (Ənsarullah) Yəməndəki hərəkatını məğlub edə bilməz və səudiyyəlilərin və BƏƏ-lilərin Yəməndə yaratdığı müxtəlif hərbi birləşmələrin Husilərə (Ənsarullah) qarşı durmaq gücü yoxdur.

O əlavə edib ki, səudiyyəlilər Əli Abdullah Salehi Yəmən xalq inqilabından xilas edərək, koalisiya və uğursuzluqla nəticələnən “Qətiyyət Fırtınası” əməliyyatı vasitəsilə Yəməndə Husiləri (Ənsarullah) gücləndiriblər. Batrafi Cənub Keçid Şurasının Yəməndəki Əl-Qaidə bazalarına hücumlarına toxunaraq, BƏƏ-ni bu hücumların səbəbi adlandırıb və yəmənli sünnilərdən Əl-Qaidəni dəstəkləməklə xarici ölkələrin muzdlularının gücünün Yəməndə artmasına imkan verməmələrini istəyib.

Əl-Qaidə terror qruplaşması 2009-cu ildən bəri Ənsarullaha və cənub silahlı qüvvələrinə qarşı fəaliyyət göstərən Yəməndəki müharibənin tərəflərindən biridir. Bu qrup Yəmənin cənub əyalətlərindəki Əl-Bəyda, Şəbvə, Əbyən və digər yerləri partizan hücumları ilə ələ keçirməyə çalışsa da, Ənsarullahın müqaviməti və kəşfiyyatı ilə bu məqsədə nail ola bilmədi. Ənsarullah qarşısında məğlub olduqdan sonra Əl-Qaidə qüvvələri Yəməndəki təşkilatlarının ayaq üstə qalması üçün Səudiyyə koalisiyasının Ənsarullaha qarşı Mərib və Əl-Cəvfdə əməliyyatlarında iştirak etdilər, lakin koalisiyanın digər fraksiyaları, o cümlədən Cənub Keçid Şurası ilə fikir ayrılıqları səbəbindən Yəmənin cənub bölgələrindəki yerlərdə məcbur olub fəaliyyətlərini həsr etdilər.

Daha çox oxuyun: Əl-Qaidə: “Fars körfəzinin şeyxlərinə qarşı qiyam vacibdir”. + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir