İran Azərbaycan diplomatlarını “persona-non-qrata” elan etdi

Cümə 5 May 2023 - 13:05
https://az.iswnews.com/?p=21412

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycanın 4 diplomatı, o cümlədən Azərbaycanın Tehrandakı səfirliyindən 2 və Təbrizdəki Baş Konsulluqdan 2 diplomat İran hakimiyyəti tərəfindən “persona non-qrata” (arzuolunmaz şəxs) elan edilib.

Tehrandakı Azərbaycan səfirliyində artıq diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluqdan da 2 diplomat İrandan çıxarılıb.

Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan edilmiş və ölkədən çıxarılmışdır.

Daha çox oxuyun: Bakı iranlı diplomatları ölkədən niyə çıxartdı? + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir