İsrailin Qəzzaya etdiyi hava hücumuna cavab olaraq müqavimət işğal olunmuş ərazilərə raket zərbələri endirib + FOTO və VİDEO

Çərşənbə 3 May 2023 - 22:19
https://az.iswnews.com/?p=21353

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət dəstələri sionist ordusunun Qəzza zolağına hava hücumlarına cavab olaraq Qəzza zolağı ətrafındakı sionistlər yaşayan bölgələri raket hücumları ilə hədəfə alıb.

Fələstin müqavimət dəstələri ilə İsrail ordusu arasında hərbi münaqişələrin davamında, sionist rejim qırıcıları dünən 2 may tarixində Qəzza zolağının müxtəlif bölgələrindəki hədəflərə hücum edib.

Bu hücumlardan sonra İsrail ordusu açıqlama verərək, Qəzza zolağındakı hədəflərə hücum etdiyini açıqlayıb. İsrail ordusunun verdiyi açıqlamaya görə, bu rejimin qırıcıları Həmas hərəkatının Qəzza zolağındakı hərbi qolu olan Əl-Qəssam Taborlarına məxsus iki silah istehsalı sahəsinə, bir neçə qərargahına və yeraltı tunelinə hücum edib.

Digər tərəfdən, İsrail ordusunun Qəzza zolağına hücumlarına cavab olaraq, Fələstin müqavimət dəstələri Qəzza ətrafındakı sionist yaşayış məntəqələrini raket hücumları ilə hədəfə alıb. Bu hücumlardan sonra Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrində həyəcan sirenləri çalınıb. İsrail KİV-lərinin məlumatına görə, 24 saat ərzində Qəzzadan işğal olunmuş ərazilərə ən azı 104 raket atılıb.

İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsün işğal olunmuş ərazilərə raket hücumunun videosu

Qeyd edək ki, həmçinin hücumlara cavabdan əlavə mayın 2-də Fələstin İslami Cihad hərəkatının liderlərindən olan Xızr Ədnanın İsrail rejiminin həbsxanalarında şəhadətinə reaksiya olaraq Fələstin müqavimət dəstələri Qəzza ətrafındakı sionist yaşayış məntəqələrini raket zərbələri ilə hədəfə almışdır. Nəticədə azı 12 sionist yaralanmışdır.

İki tərəfli münaqişədən bir neçə saat sonra Fələstin mənbələri vasitəçilik səylərinin müvəffəqiyyətli olduğunu və Qəzzada müqavimət və sionist rejim arasında toqquşmaların dayandırıldığını elan ediblər. Bu mənbələrin məlumatına görə, Qəzzada vəziyyəti sakitləşdirməklə bağlı razılaşma bu gün 3 may tarixində səhər saatlarından etibarən həyata keçirilir.

Razılaşmaya baxmayaraq, bu gün 3 may tarixində Sərayəl-Qüds və Əl-Qəssam taborları mücahidləri Qəzza zolağının səmasında sionist rejimin qırıcılarına yer-hava raketləri ilə cavab verib və onları qaçmağa məcbur ediblər.

Sərayəl-Qüds mücahidlərinin İsrail qırıcılarına yer-hava raketləri atması
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir