Sudanda iştirak edən tərəflərlə tanışlıq və son hərbi vəziyyət + XƏRİTƏ

Bazar ertəsi 1 May 2023 - 23:47
https://az.iswnews.com/?p=21307

Sudanda son qarşıdurmalar general Əbdül Fəttah Əl-Burhanın komandanlığı altında olan Sudan ordusu qüvvələri ilə Həmidəti kimi tanınan Məhəmməd Həmdan Daqlonun komandanlığı altında Çevik Reaksiya qüvvələri arasında hakimiyyət uğrunda mübarizə və fikir ayrılığından sonra baş verib.

2019-cu ildə Sudan ordusu tərəfindən ölkə hökumətinə qarşı çevriliş zamanı Ömər Əl-Bəşir hakimiyyətdən uzaqlaşdırıldı və Abdullah Hamduk keçid hökumətinin baş naziri seçildi (üç il müddətinə). Həmçinin Sudanın keçid şurası 11 nəfər hərbi məmur və siyasətçidən (ordu ilə birlikdə) formalaşdı, təbii ki, Şərqi Sudan nümayəndəsi seçilmədiyi üçün bir yer boş qaldı.

Hamduk keçid hökuməti 2019-cu ilin avqustunda ordu ilə azadlıq və dəyişiklik siyasi koalisiyasının (Əl-Hürriyyə və Əl-Təğyir) iştirakı ilə yaradılıb və 2021-ci ilin oktyabrında Sudan ordusunun növbəti çevrilişi ilə üzləşib. Hamdukun hökumət agentlərinin həbsinə baxmayaraq, o, 2022-ci il yanvarın 2-dək prezident vəzifəsini davam etdirdi və ondan sonra Osman Hüseyn müvəqqəti hökumətin baş naziri təyin edildi. Ordunun ikinci çevrilişi və ondan sonrakı hərəkətlər xalqın və keçid hökuməti tərəfdarlarının və hakimiyyətdən kənarda qalan partiyaların etirazı ilə üzləşsə də, bir yerə çatmadı və 5 dekabr 2022-ci ildə Sudanın siyasi və hərbi qrupları, keçid dövrünün baş naziri seçiləndən sonra başlayan yüksək səviyyəli hərbi komandirlərin təsiri altında 24 aylıq bir keçid dövrü haqqında razılığa gəldilər. Amma bu proses yenidən Həmidəti və Burhanın hakimiyyət mübarizəsi ilə üzləşir və Sudanın taleyi dəyişməyə davam edir.

Məhəmməd Həmdan Daqlo (Həmidəti) kimdir? Çevik Reaksiya qüvvələri necə quruldu?
Həmidəti kimi tanınan general Məhəmməd Həmdan Daqlo, Sudanın Darfur bölgəsindəki Əl-Raziqat qəbiləsinin yüksək üzvlərindən biridir və 2010-cu ildə Ömər Əl-Bəşirlə müttəfiq silahlı qəbilələr qrupunun yaradılmasından sonra bu qüvvələrin komandanı təyin edilmişdir. Bu dəstənin qüvvələri Cəncəvid silahlıları arasından cəlb edilmişdi və əvvəlcə nizami bir quruluşa malik deyildilər və mahiyyətləri qəbilə milis qrupuna bənzəyirdi, lakin sonrakı illərdə Ömər Əl-Bəşir hökumətinin Həmidətiyə köməyi ilə onlar nizami qüvvəyə çevrildilər.
2019-cu ilin aprel çevrilişi və Ömər Əl-Bəşir hökumətinin devrilməsi zamanı Çevik Reaksiya Qüvvələri mühüm rol oynadı və onların komandiri olan Həmidəti Keçid Hərbi Şuranın sədr müavini vəzifəsinə təyin edildi.
Həmidəti 2021-ci ildə Abdullah Hamduk hökumətinə qarşı çevrilişdə general Əbdül Fəttah Burhanla əməkdaşlıq etdi. Lakin bir müddət sonra general Burhanla müxalifət etməyə başladı. Nəhayət, 5 dekabr 2022-ci il tarixində bu ölkənin siyasi böhranını həll etmək üçün vətəndaş qrupları ilə Sudan hərbi idarəetmə şurası arasında əldə edilmiş razılaşmanın nəticələrini, xüsusən də Sudan Silahlı Qüvvələrinə “Çevik Reaksiya qüvvələri”nin inteqrasiyası ilə bağlı əldə olunan nəticələri rədd edərək, 15 aprel 2023-cü ildən Sudan ordusu ilə qarşıdurmaya və gərginliyə daxil oldu.

Əbdülfəttah Əl-Burhan kimdir?
Əbdülfəttah Əbdülrəhman Əl-Burhan 2018-ci ilin fevralında ordu qərargahının komandiri vəzifəsinə təyin olunmuş Sudan ordusunun yüksək rütbəli generallarından biridir. O, əvvəllər ordunun baş inspektoru və quru qoşunlarının əməliyyatları üzrə qərargahın müavini vəzifələrində çalışıb. 2019-cu ildə Ömər Əl-Bəşir hökumətinə qarşı çevrilişdən sonra general Əl-Burhan bu vəzifəyə Sudan Silahlı Qüvvələrinin keçmiş komandanı, eyni zamanda Keçid Hərbi Şurasının rəhbəri Əhməd İvəd bin Auf tərəfindən təyin edilib. 2021-ci ildə General Həmidəti ilə əməkdaşlıq edərək Abdullah Hamdukun başçılıq etdiyi müvəqqəti hökuməti devirdi və Sudan İdarəetmə Şurasının üzvlərini vəzifədən azad etdi və digər üzvlərlə yeni şura qurdu. Onun eqoist hərəkətləri və birtərəfliliyi Həmidəti ilə fikir ayrılığına və nəhayət, son hərbi toqquşmaların başlamasına səbəb oldu.

Sudanın son hərbi vəziyyəti:
Sudandakı qarşıdurmalardan əldə edilən son xəbərlərə görə, Qərb, Orta, Cənub və Şərqi Darfur əyalətlərindəki şəhər və bazaların çoxu Çevik Reaksiya Qüvvələrinin nəzarəti altındadır. Həmçinin Şimali Darfur əyalətinin cənub hissələri, Şimali və Qərbi Kordofan əyalətlərinin bir hissəsi Çevik Reaksiya qüvvələrinin nəzarətindədir.
Xartum şəhərində münaqişələrin davam etməsi səbəbindən hər bir tərəfin dəqiq nəzarət xətləri bəlli deyil. Lakin Xartumun Əl-Cərif, Darduk, Kafuri, Xartum Bahri, Omdərman kimi şimal bölgələrinin əksəriyyəti Çevik Reaksiya qüvvələrinin nəzarətindədir.
Sudan ordusu da Sudanın şərqində və şimalında mövqelərini sabitləşdirməyə nail olub və Çevik Reaksiya qüvvələrinin ümumi hərəkətləri arabir toqquşmalar və tək hücumlarla məhdudlaşıb. Əl-Faşir, Əl-Əbyəd, Əl-Cəninə və Mərvi şəhərlərindəki ordu bazaları qorunub saxlanılıb və bu şəhərlərdə qarşıdurmanın davam etməsinin səbəbi də budur.

Sudanın şərqində ordu aprelin 16-da Kəsla, Əl-Qəzarif və Portsudan şəhərlərini ələ keçirdikdən sonra vəziyyəti tam stabilləşdirməyə nail olub və Çevik Reaksiya qüvvələri bu ərazidə hərəkət etməyib.

Daha çox oxuyun:

Sudandakı müharibə və atəşkəs böhranı davam edir + FOTO

Sudan münaqişələrinin konteksti və gələcək ssenarilər

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir