Naməlum dron Təxar əyalətində Taliban mövqelərinə hücum edib

Çərşənbə 26 Aprel 2023 - 16:48
https://az.iswnews.com/?p=21174

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, naməlum pilotsuz təyyarə Tacikistanın hava məkanından istifadə edərək Əfqanıstanın şimalında yerləşən Təxar vilayətində Taliban silahlılarının bazasına hücum edib.

Aprelin 24-də naməlum hücum dronu Təxar əyalətinin Çal şəhərində yerləşən Şire və Mandera kəndində Taliban silahlılarının bazasına hücum edib.

Şire və Mandera kəndi Təxar vilayətinin Çal şəhəri ilə Bağlan vilayətinin Xost və Fərəng şəhərləri arasındakı ərazidə yerləşir. Bu dağlıq ərazi hazırda Taliban silahlılarının nəzarəti altındadır. Lakin əvvəlki hökumətdə Bəsic qüvvələrinin komandirlərindən olan Hacı Fəthxan Mübarizin komandanlığı altındakı silahlı şəxslər və Əhməd Məsud qüvvələri də bu ərazidə yerləşib. Bəzən onlar Talibanla toqquşur.

Taliban bu hücumun təfərrüatlarını və insan tələfatlarının dəqiq statistikasını dərc etməsə də, Əhməd Məsud qüvvələrinin mediası bu hücumda ondan çox insanın öldüyünü və yaralandığını qeyd edib.

Əhməd Məsud qüvvələrinin Şire və Mandera dağlıq bölgəsində hərəkətinin və fəaliyyətinin qarşısının alınmasında Taliban silahlı bazasının effektiv rolunu nəzərə alsaq, bu bazaya dron hücumu böyük ehtimalla Əhmədi dəstəkləmək məqsədi ilə Tacikistan və ya ABŞ tərəfindən həyata keçirilib. Qeyd edək ki, 2 sentyabr 2022-ci ildə Əhməd Məsud qüvvələrinə dəstək verən naməlum dronlar Təxar əyalətinin Durqad və Xacə Bahauddin şəhərlərində Taliban silahlılarının mövqelərinə hücum edib və nəticədə bir neçə taliban silahlısı ölüb və yaralanmışdır. Bu hücumu yəqin ki, Amerika və ya Tacikistan həyata keçirmişdir.

Daha çox oxuyun: İnfoqrafik: Əfqanıstanda Taliban mövqeləri əleyhinə olan hava hücumları

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir