Qarabağ böhranı və Paşinyanın Əliyevə verdiyi xallar + FOTO və VİDEO

Çərşənbə 26 Aprel 2023 - 00:35
https://az.iswnews.com/?p=21146

Çoxları hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan qərbyönlü müttəfiqdir və İkinci Qarabağ müharibəsində məğlubiyyətin əsas səbəbidir və o, hər böhranda Azərbaycanın qərbyönlü prezidenti İlham Əliyevlə koordinasiya edir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağ bölgəsindəki rolu və bu qüvvələrin və Rusiya hökumətinin Cənubi Qafqazda zəifləməsi ilə bağlı hər iki siyasi xadimin eyni mövqeləri bu fərziyyəni gücləndirir. İndi Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması məsələsində iki tərəfin nəinki razılaşdırılmış, hərəkətlərinin eyni olmasının daha bir vərəqi üzə çıxır!

Birinci məsələ; Erməni təxribatının öncədən deyilməsi

Bu məsələnin başlanğıcı o oldu ki, aprelin 21-i cümə günü Azərbaycan mediası Laçın dəhlizindən Xankəndiyə gedən paralel ətraf yollarla Rusiya sülhməramlı qüvvələrinin bir neçə yük maşınının müşayiəti ilə meşəlik və dağlıq yollarının təkrar görüntülərini yaymaqla bir daha erməni silahlılarının mina və silah-sursat daşıdığını iddia etdi.

Daha çox oxuyun: Qarabağ bölgəsində baş verən son hadisələr, 25 Mart 2023

İkinci məsələ; Ermənilərin Azərbaycan ordusuna qarşı təxribatı

Şənbə günü, aprelin 22-də Azərbaycan mediası İmamqulular kəndi yaxınlığında təchizat daşıyan hərbi yük maşını istiqamətində tank əleyhinə minanın partlaması barədə məlumat yayıb. Bu kənd ötən ilin sonlarında Azərbaycan ordusu tərəfindən ələ keçirilən Sarıbaba dağının ətəyində yerləşir. İki təcili yardım maşını və zirehli olmayan Azərbaycan hərbi maşını yaralıları Əliyev ekoloqlarının olduğu yerdən Şuşaya, oradan isə Füzuliyə aparıb.

Bu üç ordu maşınının bir neçə rakursda lentə alınmasıda Azərbaycan mediaları tərəfindən sürətlə dərc edilən xəbərin başqa bir hissəsi idi. Azərbaycanın Müdafiə Nazirliyi hələlik üç yaralı əsgərin kimliyini açıqlamayıb. Müdafiə Nazirliyinin mənbələri onu da açıqlayıb ki, mühəndis bölmələri partlayış yerinin ətrafında axtarış apararaq Ermənistanda 2021-ci ildə istehsal olunmuş 4 tank əleyhinə mina və onlarla piyada əleyhinə mina aşkarlayıb.

Tapılması iddia edilən minalar

Üçüncü məsələ; Sərhəd münaqişəsi

Bazar günü, aprelin 23-də Ermənistan Müdafiə Nazirliyi Azərbaycan qüvvələrinin Sevan gölünün cənub-şərqində və Kəlbəcərlə həmsərhəd olan Geğarkunik vilayətinin Sotk kəndini atəşə tutduğunu elan edib. Mətbuat xidmətinin məlumatına görə, Sərhəd Mühafizəsinin əsgəri Artyom Poqosyan azərbaycanlı snayper tərəfindən öldürülüb. Qeyd edək ki, Ermənistanda Sevan gölünə baxan yüksəkliklər Azərbaycan ordusunun hərbi müdaxiləsi nəticəsində nəzarətə götürülmüşdür.

Azərbaycanın Müdafiə Nazirliyi bu münaqişəni təkzib edərək bildirib ki, Laçın və Sünik sərhədində bizim qüvvələrimiz yüngül silahlardan atəşə tutulub, biz cavab verdik, lakin Ermənistan tərəfi bunu təsdiqləmir.

Dördüncü məsələ; Sərhəd postu

Bazar günü, aprelin 23-də Azərbaycan mətbuatı yeni Laçın dəhlizi yolunun ilk kilometrlərində və Ermənistan sərhədi yaxınlığındakı keçid məntəqəsinin görüntülərini dərc etdi. Bu keçid məntəqəsi Həkəri çayı körpüsünün başlanğıcında yerləşir, beton maneələrlə tikilir və daha çox planlı əməliyyata bənzəyir.

Azərbaycan Sərhəd Mühafizəsinin mətbuat xidməti iddia edib: “Ermənistan sərhədçiləri şənbə günü, aprelin 22-də Laçın dəhlizinin başlanğıcında və bu ölkə ilə sərhəddə post yaradıblar. Azərbaycan Sərhəd Qoşunları həmin gün saat 12:00 radələrində Rusiya sülhməramlı qüvvələrinin komandanlığına və Rusiya-Türkiyə atəşkəs rejiminin monitorinq mərkəzinə məlumat veriblər”.

Aprelin 23-də bazar günü Axar saytı Müdafiə Nazirliyinə istinadən yazıb: “Separatçılar hərbi məqsədlər üçün İmamqulular kəndindən Şuşaya gedən yolda yeni yol çəkiblər. Onlar indi bu istiqamətdə öz döyüş mövqelərini gizlətməyə çalışırlar.

Ermənilərin Azərbaycana ilhaq olunması barədə danışıqların uğursuzluğu

Azərbaycan hakimiyyəti bu addımı Qarabağ bölgəsi erməniləri ilə danışıqların üçüncü mərhələsinin uğursuzluğundan sonra edib. Sonuncu dəfə, iki həftə əvvəl Artsax kimi tanınan separatçı hökumətin başçısı Araik Harutunyan Bakıdan gələn nümayəndə heyəti ilə görüşmüşdür. Görüş Rusiya sülhməramlılarının Xocalıdakı qərargahında keçirilmiş və Harutunyan Azərbaycana qoşulma prosesinin başlanması ilə bağlı hər hansı müzakirəni rədd edərək, humanitar yardımın çatdırılmasını asanlaşdırmaq və Laçın dəhlizinin tıxanmasının aradan qaldırılması üçün danışıqların davam etdirilməsini tələb etmişdir.

Keçid məntəqəsi üçün Azərbaycan hakimiyyətinin qurduğu ssenari

Əvvəllər Azərbyacan hakimiyyəti bu dəhlizə hakim olmaq üçün Laçın dəhlizində bu keçid məntəqəsini tikmək üçün çoxlu bəhanələr gətirirdi. Azərbaycan tərəfinin bununla bağlı ilk addımı ətraf mühitin çirklənməsinin və Qarabağ bölgəsində yerləşən qızıl mədənlərinin Qarabağ bölgəsi erməniləri tərəfindən qaçaqmalçılığının qarşısını almaq üçün Şuşanın şimalında qondarma ekoloji fəalların toplantılarına başlamaq oldu. Həmin toplaşanlar yolu bağladılar və ermənilər öz ehtiyaclarını ödəmək və Qarabağ bölgəsinin mərkəzi ilə Ermənistan arasında əlaqə yaratmaq məqsədilə bu marşrutu rus sülhməramlılarının ərazisində olan digər dağlıq və çətin yollarla əvəz etməyə çalışdılar. Kəşfiyyat pilotsuz təyyarələri və kəşfiyyat patrulları vasitəsilə bu marşrutları görən Azərbaycan bu dəfə Qarabağ və Ermənistan ermənilərini qaçaqmalçılıq yolu ilə silah və döyüş sursatları, minalar, hərbi texnika və xüsusi təyinatlıların ölkəyə daxil olmasında ittiham etdi.
Azərbyacan hakimiyyətinin ətraf yolları bağlamaq üçün ikinci ən mühüm tədbiri Laçın dəhlizinin şimalında bu yollara baxan yüksəklikləri ələ keçirməsi idi. Rusiya qüvvələrinin iştirakı və daha sonra (qondarma) Artsax Müdafiə Ordusu kimi tanınan erməni silahlı birləşmələrinin yerləşdirilməsi ilə onlar bu planı müəyyən qədər həyata keçirə bilmədilər.

Daha çox oxuyun: Qalmaqallı Laçın dəhlizi! + AZƏRİ XƏRİTƏ

Azərbaycanın hərəkətinə reaksiyalar

Ermənistan parlamentinin sədri və Paşinyanın partiya üzvü Alan Simonyan aprelin 24-də Azərbaycan Respublikasını 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli atəşkəs sazişinin altıncı bəndini pozmaqda ittiham edib. O, BMT ölkələrindən Azərbaycan Respublikasına Laçın dəhlizindən çıxması və maneənin aradan qaldırılması ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarının icrası üçün təzyiq göstərməyi xahiş edib. O, həmçinin Rusiyadan sərbəst hərəkətə zəmanət verməsini istəyib.
Simonyan bu açıqlamaları ötən cümə günü müxalifət nümayəndələri təhlükəsizlik qüvvələri tərəfindən parlament zalından qovarkən verib. Müxalifət nümayəndələri ictimai tribunadan ayrılmamaqla Ermənistan parlamentinin və hökumətinin Qarabağ bölgəsi ermənilərinin hüquqlarına dəstək verməyə biganəliyinə etiraz ediblər.

O qədər də aydın olmayan bəyanatda ABŞ Xarici İşlər Nazirliyi Laçın dəhlizinin ticarət və mülki karvanlar üçün yenidən açılmasını tələb edib və hər iki tərəfdən problemlərini həll etmək üçün danışıqlar aparmağı tələb edib. Bu məsləhət Amerika silahlarının ötürülməsi üçün İlyushin 76-nın Bakıdan Küveytə uçuşlarının artdığı bir vaxta təsadüf edir. İndiki vəziyyətdə Vaşinqton hökuməti Bakını silahlandırmaqla nə nəzərdə tutur?!

Rusiya Xarici İşlər Nazirliyi bəyanatında açıq şəkildə Azərbaycan və Ermənistan hökumətlərindən Moskva bəyanatının müddəalarına əməl etməyi tələb edib.

Bəyanatda həmçinin deyilir: “Moskva Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması hallarının artmasından narahatdır və bütün halları qeydə alır. Biz rusofobiyanı alovlandıran xarici gücləri və yerli aktyorları regionda sabitliyi pozmaq cəhdlərinə son qoymaları üçün xəbərdarlıq edirik. Moskva sülhməramlı qüvvələrin missiyasını ləkələyən şifahi hücumların və ittihamların artırılmasını təhlükəli hesab edir”.

Bəyanatın davamında iki ölkənin sərhəd qoşunlarının Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması istiqamətində hərəkətlərinə toxunularaq vurğulanır: “Aprelin 23-də baş verən hadisələr, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması, Moskva üçtərəfli razılaşmasını pozmaq üçün hər hansı birtərəfli hərəkət və bu yolda razılaşdırılmamış dəyişikliklər sülhün yaranması ilə uyğun gəlmir”.

Rusiya Xarici İşlər Nazirliyi üçtərəfli razılaşmaların həyata keçirilməsində iki ölkə problemlərinin əsas səbəbi kimi, regionda nəqliyyat yollarının bağlanması və sərhəd xətlərinin müəyyən edilməsində dalana dirənməsinin olduğunu açıqlayıb.

Əliyevə verilən xallar

İkinci Qarabağ müharibəsindəki məğlubiyyət Paşinyanın Əliyevə verdiyi ilk xal hesab olunursa, Sünik vilayətindəki Tex kəndində baş vermiş münaqişə insidentində Ermənistan sərhəd qoşunlarının komandanlığının tələsik işdən çıxarılması Əliyevə verilən ikinci xal hesab olunacaq. Polkovnik Aram Maralçiyan sərhədə daha çox bölmələr göndərməklə Azərbaycanın gərginliyinin və Laçın dəhlizi istiqamətində daha da irəliləyişinin qarşısını almağa çalışırdı. Paşinyan tərəfindən işdən çıxarıldıqdan sonra tikildiyi məlum olmayan keçid məntəqəsi Azərbaycana lazımi bəhanə verdi ki, Ermənistanı atəşkəs sazişinin altıncı bəndini pozmaqda ittiham etsin və keçid məntəqəsinin tikintisini qarşılıqlı cavaba çevirsin!
Həmçinin hər iki tərəfin atəşkəs rejimini pozması rusların missiyasını zəiflədir. Belə halda, onlar ya bölgəyə daha çox qoşun göndərməli, ya da çoxmillətli qüvvələrin, o cümlədən Kollektiv Təhlükəsizlik Təşkilatının qüvvələrinin Qarabağda olmasını qəbul etməlidirlər. Təbii ki, gərginlik yaratmaqda əsas məqsəd Rusiyanı Qarabağ bölgəsindən, sonra isə Ermənistandan sıxışdırıb çıxarmaqdır, lakin onlar asanlıqla geri çəkilməyəcəklər.

Regionda gərgin vəziyyətin hakim olması

Laçın dəhlizi bağlanıb və ruslar keçid məntəqəsinin ətrafında yerləşib. Bu keçid məntəqəsinin bazar ertəsi, aprelin 24-də Osmanlılar tərəfindən erməni soyqırımının 108-ci ildönümü ərəfəsində yaradılması Ermənistan və Qarabağ bölgəsinin ictimai ab-havasını son dərəcə gərginləşdirib. İrəvandakı Respublika meydanında (erməni soyqırımını anma) və ölkənin digər bölgələrində keçirilən Məşəl günü mərasiminə daha çox erməni qatılıb, Məşəl günü yürüşündə Türkiyə və Azərbaycan bayraqları yandırılıb.

Erməni Soyqırımının anım mərasimi Qarabağ bölgəsinin mərkəzi olan Xankəndi şəhərində 50 minə yaxın insanın iştirakı ilə keçirilib ki, bu da öz növünə görə unikaldır.

İştirakçılar Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılmasını Azərbaycan Respublikasının soyqırım cəhdi kimi qiymətləndirib və sərt şüarlar səsləndiriblər. Rusiya Federasiyasının Müdafiə və Xarici İşlər Nazirliyinə bağlı medialar da bu xəbəri geniş işıqlandırıb.

Gərgin atmosferin olması təsadüfi deyil, hər iki tərəfin siyasətçilərinin davranışlarının nəticəsi olduğunu iddia etmək olar. Paşinyan və Əliyev rusları bölgədən qovmaq istəyirlər ki, Qərbin siyasi, iqtisadi və geostrateji planları regionda həyata keçirilsin.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir