İlham Əliyev: Azərbaycan-İsrail əlaqələrinin bugünkü səviyyəyə çatması məmnunluq doğurur

Çərşənbə axşamı 25 Aprel 2023 - 21:21
https://az.iswnews.com/?p=21139

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərtaca istinadən xəbər verir ki, İlham Əliyev sionist rejimin qondarma müstəqilliyinin 75-ci ildönümü münasibətilə israilli həmkarı İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.

Prezident Əliyev vurğulayıb ki, Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır.

“Bu gün siyasi dialoqumuzun yüksək səviyyəsi iqtisadiyyat, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi və yeni məzmunla zənginləşməsi üçün əlverişli şərait yaradır. Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, bu il isə Səfirliyinin fəaliyyətə başlamasının dövlətlərarası münasibətlərimizin daha da inkişafına vüsət verəcəyinə əminəm.

İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının böyük potensialından daha dolğun istifadə etmək üçün qarşılıqlı səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, – deyə İlham Əliyev qeyd edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir