Bakıda Əbu-Bəkr məscidinin açılışı olub+ FOTO

Cümə 21 Aprel 2023 - 23:48
https://az.iswnews.com/?p=20964

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev 1000-ə yaxın şiəni casusluqda ittiham edərək həbs etdikdən sonra, Bakıda “Əbu Bəkr” vəhhabi məscidinin açılışında iştirak edib.

Aprelin 20-də Bakının Nərimanov rayonunda aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidi adı altında Əbu-Bəkr məscidinin açılışı olub.

Azərbaycanın vəhhabiləşdirilməsi prosesi, idman sahəsindən tutmuş, siyasi-iqtisadi elitaya qədər sürətlə davam etməkdədir. İdman sahəsində “Qarabağ” futbol klubunun tərkibindəki oyunçulara diqqət yetirsək görərik ki, bu klubun hətta braziliyalı legionerləri də vəhhabidir.

Bakıda bir taksi sürücüsü ömründə cəmi bircə dəfə müqəddəs Məşhəd və Kərbəla ziyarətlərinə getdiyi üçün həbs edilir. Belə çıxır ki, müqəddəs ziyarətgahlarda çəkilən fotolar, kimisə terrorda ittiham etməyə əsas verir.

Təbii ki, bütün bunlar Azərbaycanda “İran təsiri ilə mübarizə” adı altında həyata keçirilir.

Azərbaycanlılar tarixən şiəliyi bütün Yaxın Şərqdə yayan və Osmanlı İmperiyasına meydan oxuyan bir xalq olmuşlar. İndi isə Əliyev rejimi, Azərbaycanın tarixi ilə mübarizə aparmaq qərarına gəlib. Şah İsmayıla abidələr ucaltmaqla yanaşı onun əsas irsi olan “şiə kimliyi”-ni məhv edir.

“Əbu Bəkr” məscidi nə deməkdir?

Əlbəttə ki bu “terror” üçün bir zəminədir. “İŞİD”, “Əhrar Əş-Şam”, “Cəbhət Ən-Nusra” və digər terror təşkilatlarında olan Azərbaycan batalyonlarının əsasını məhz bu məsciddən olan insanlar təşkil edirdi.

Suriya prezidenti Bəşər Əsədin qoşunu terrorçuların əksəriyyətini darmadağın etsə də, onların bir qismi hələki sağdırlar. Onlar, hal-hazırda bəzi məmurların sayəsində Bakının ətrafında sərbəst dolaşırlar və bir gün Azərbaycan şiələrinin başını kəsməyə başlayacaqlar.

Elə buna görə də Əliyev, vəhhabilərin işini asanlaşdırmaq üçün, şiələri yavaş-yavaş ortadan qaldırır. Bu hekayəyə onu da əlavə edək ki, 2 ay bundan əvvəl yeganə hörmətli şiə ilahiyyatçısı olan Hacı Şahin Həsənli, 48 yaşında Bakıda vəfat etmişdi. Çox güman ki, onu da öldürmüşdülər.

Azərbaycan şiələri üçün artıq o zülmət dövrü gəlib çatmışdır…

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir