Sudan münaqişələrinin konteksti və gələcək ssenarilər

Yazar:
Cümə 21 Aprel 2023 - 23:09
https://az.iswnews.com/?p=20954

Gözlənilməz bir dəyişikliklə Sudan general-leytenant Əbdül Fəttah Əl-Burhanın komandanlığı altında ordu qüvvələri ilə onun müavini Məhəmməd Həmdan Daqlonun (Həmidəti) komandanlığı altında Çevik Reaksiya qüvvələri arasında genişmiqyaslı silahlı qarşıdurma dövrünə girdi. Bu silahlı qarşıdurma Sudanda mövcud hibrid siyasi böhranın pik nöqtəsinə çatdığını göstərir. Bu böhran Əl-Burhanın 2021-ci ilin oktyabrında hərbi-mülki əməkdaşlığa son qoymaq qərarı ilə başladı. Keçən il, dekabrda iki tərəf arasında siyasi razılaşması əldə olunmasına baxmayaraq, Həmidəti ilə açıq və gizli münaqişə ilə müşayiət olundu. Siyasi keçid prosesinə və mülki hökumətin qurulmasına mane oldu.

General-leytenant Əbdül Fəttah Əl-Burhanın komandanlığındakı Sudan ordusunun qüvvələri ilə general-leytenant Həmidətinin komandanlığındakı Sudan Çevik Reaksiya Qüvvələri aprelin 15-dən etibarən bir-biri ilə şiddətli toqquşmalara başlayıb. Bu məqalədə qısaca olaraq bu münaqişələrin yaranma konteksindən və üzləşəcəyi ssenarilərdən bəhs edilir.

Sudandakı münaqişələrin konteksti:
Sudandakı ordu komandanlığı ilə Çevik Reaksiya Qüvvələri arasında qarşıdurma 2013-cü ildə Sudanın keçmiş prezidenti Ömər Əl-Bəşirin dövründə Çevik Reaksiya Qüvvələrinin formalaşmasından başlayır. O zaman ordu bu qüvvələrin özünə birləşməsini rədd etdi, çünki bu qüvvələrin strukturu Sudanda spesifik və məhdud qəbilə kimliklərində israr edən “Cəncavid” adlı silahlı qruplaşmaya əsaslanırdı. Buna görə də Çevik Reaksiya Qüvvələri Sudan Kəşfiyyat və Təhlükəsizlik Xidmətinə qoşuldu və 2017-ci ildə Sudan Ordusunun Ali Baş Komandanının da başında duran Prezidentin komandanlığı altında bir qüvvəyə çevrildi. Sudanda 2018-ci il dekabr inqilabından sonra, xüsusən də 2019-cu ilin aprelində Əl-Bəşirin devrilməsindən sonra münaqişələr yenidən başladı. Çünki general-leytenant Həmidəti Çevik Reaksiya qüvvələrinin komandanı kimi hərbi şuranın rəhbəri olan general-leytenant İvəd Bin Ovfla əməkdaşlıqdan imtina etdi. Bu məsələ Bin Ovfun tez bir zamanda özünü səhnədən çıxarmasına səbəb oldu.

Hər iki şəxs son aylardakı çıxışlarında bir-birini üstüörtülü şəkildə tənqid edib və bir-biri ilə rəqabət aparmaq üçün Xartum hərbi kazarmalarına müxtəlif hərbi texnika və maşınlar yerləşdirdi. Ümumilikdə demək olar ki, iki tərəf arasında silahlı qarşıdurmaya səbəb olan fikir ayrılıqları bunlardır:

1- Çevik Reaksiya qüvvələrinin orduya inteqrasiyası məsələsi. Bu arada general-leytenant Əbdül Fəttah Əl-Burhanın başçılıq etdiyi Sudan ordusunun komandirləri bu birləşmədə israrlıdır, Həmidəti isə bu birləşməyə qarşıdır.

2- Həmidətinin qarşıdurması üçün çəkdiyi üfüq, eləcə də qurduğu siyasi əlaqələr ordu komandanlığını narahat edir. Həmidəti siyasi planına qəbilələrin ağsaqqalları, sufi şeyxləri, Azadlıq Və Dəyişiklik qüvvələri (Quva Əl-Hurriyyə Və Əl-Təğyir) ilə əməkdaşlığa əsaslanan pakt yaratmaqla başladı və özündən inqilaba və mülki hakimiyyətə kömək istiqamətində bir görüntü qoydu. Bu arada Əl-Burhanın başçılıq etdiyi ordu komandirləri Həmidətinin hakimiyyətə gəlməsini gələcəkdə təhlükəsizlik təhlükəsi hesab edir və onun siyasi ambisiyalarını onun üsyanının müqəddiməsi hesab edirdilər. Buna görə də onlar Həmidəti qüvvələrinin orduya inteqrasiyası prosesinin sürətləndirilməsini tələb edərək, Çevik Reaksiya qüvvələri komandirinin şəxsi ambisiyasının münaqişələrə səbəb olduğunu bildiriblər.

3- İqtidar və güc uğrunda mübarizə Sudan münaqişələrində başqa bir faktordur. Əslində, son iki ildə iki tərəf 5 dekabr 2022-ci il tarixində razılaşmaya çatana qədər təsir dairəsi üzərində toqquşdular ki, bu da əslində orduya və Əl-Burhana fayda verdi, çünki bu razılaşma ilə Əl-Burhan öz gücünü saxlayırdı. Özü komandir vəzifəsində və Silahlı Qüvvələrin Ali Şurasının rəhbərliyində qalırdı və onun tabeliyində Çevik Reaksiya nümayəndəsi də daxil olmaqla 14 general və nümayəndə olurdu.

Gələcək ssenarilər:
Sudandakı böhran getdikcə daha çox yeni ölçülər alır və bu, hər hansı bir ssenarinin formalaşmasını mümkün edir, xüsusən də Sudanı hər tərəfdən əhatə edən risklər və problemlər artdıqca. Bu arada, aşağıda izah edəcəyimiz ən çox ehtimal olunan ssenarilər kimi dörd ssenarini qeyd etmək olar:

Birinci ssenari: Sülhün yaradılması və orduya Çevik Reaksiya qüvvələrinin inteqrasiyası. Bu ssenari ən optimist və əlverişli ssenari kimi görünür. Bu ssenari aşağıdakı hallarda reallaşa bilər: Birincisi: münaqişələrin dayandırılmasında beynəlxalq və regional vasitəçilik səylərinin uğuru və hadisələrin gedişi vətəndaş müharibəsinə səbəb olmayana qədər məsələlərin həlli üçün iki tərəfin əməkdaşlığı. İkincisi: orduya Çevik Reaksiya qüvvələrinin inteqrasiyasına maneələrin həlli, xüsusən də ordu ilə Çevik Reaksiya arasında ən qabarıq fərq olan inteqrasiya prosesinin vaxtı ilə bağlı razılaşma. Bu arada ordu 5 illik qrafikə, 10 illik cədvəldə isə sürətli dəstəyə inanır. Üçüncü məqam isə qütbləşmə siyasətlərindən qaçmaqdır. Bu gün hər iki tərəf qeyd olunan ssenariyə nail olmaq üçün bu prosesi dayandırmalı olan mülki siyasətçilər arasında öz həmfikir qüvvələrini dəstəkləyir.

İkinci ssenari: inteqrasiya olmadan sülh. Bu, orta ssenaridir, lakin arzuolunan deyil, çünki Sudandakı siyasi proseslər və siyasi qüvvələrlə hərbi qüvvələr arasında yekun razılaşma hər an yenidən münaqişəyə doğru gedə bilər. Bu ssenari aşağıdakı məlumatlar formalaşdırılarsa reallaşacaq:
Birincisi: inteqrasiya probleminin həllinə nail olmasa da, atəşkəsə nail olmaq üçün beynəlxalq və regional vasitəçilik səylərinin uğuru. İkincisi: inteqrasiya prosesini konkret cədvəl olmadan razılaşdırmaq.

Üçüncü ssenari: ordunun uğur qazanma ehtimalı: ola bilsin ki, ordu xüsusilə Çevik Reaksiya qüvvələrinin ləğvi məsələsini gündəmə gətirməklə öz nəzarətini genişləndirə bilsin. Belə olan halda çoxlu sayda zabit və dəstək qüvvələrinin orduya sürətlə qoşulacağı gözlənilir ki, bu da silahlı qüvvələrin xeyrinə tədricən nisbi sabitliyin formalaşması deməkdir, xüsusən də dövlətdən böyük maliyyə və hərbi dəstək olarsa. Belə olarsa, Sudandakı idarə təşkilatlarına dəstək verən ölkələr də gələcək. Lakin Əl-Burhanın axtardığı dəstəyin sürətlə dağılması məsələsi o qədər də təhlükəsiz deyil və bu halda silahlı münaqişənin davam etdirilməsi ehtimalı da mümkün olacaq, çünki danışıqların qapıları bağlı qalacaq və hamı ordudan son hərəkəti gözləyəcək. Bu cür olarsa, müharibə uzun müddət davam edəcək, xüsusən də xaricdən dəstək gələrsə belə olacaq və onda biz gərək üzü aşağı sürətlə olan müharibəni gözləyək. Çevik Reaksiya qüvvələri Sudanın bir çox bölgələrində populyardır və onlar bəzi qüvvələrin və siyasi partiyaların dəstəyindən faydalanırlar.

Dördüncü ssenari: vətəndaş müharibəsinin başlanması. Bu, münaqişələrin irəliləməsi və hər iki tərəfin maliyyə və hərbi dəstək almaq üçün xarici güclərə sığınması, eləcə də beynəlxalq və regional səylərin uğursuzluğa düçar olması və siyasi dalana dirənməsi halında baş verə biləcək ən pessimist və əlverişsiz ssenaridir. Burada Əbdül Fəttah Əl-Burhan və ya Məhəmməd Həmdan Daqloya (Həmidəti) sui-qəsd cəhdi kimi hadisələr bu kritik zamanda baş verə bilər. Xüsusilə də son vaxtlar Darfur bölgəsində ordu zabitlərinə və təhlükəsizlik qüvvələrinə qarşı digər bölgələrə də yayıla bilən hücumlar olub.

Sonda demək olar ki, bu ssenarilərin hər birinin formalaşması başqa ssenarilərin baş verməməsi demək deyil. Bu böhranın həlli beynəlxalq ictimaiyyətin və hər iki tərəfin güvəndiyi regional güclərin təcili müdaxiləsini tələb edir. Allah Sudanı daha da pis vəziyyətə düşməkdən qorusun.

Tərcümə: Yaser Qəzvini Haeri

Daha çox oxuyun:
Telefonla əldə olunan atəşkəs rejimi Sudanda münaqişəyə son qoymadı
Sudan ordusu ilə Çevik Reaksiya qüvvələri arasında qarşıdurmalar şiddətlənib + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir