Azərbaycan şiələri öz namuslarını qorumaq üçün dağlara qaçacaqlar + VİDEO
YAP rejimi 2015-ci ildə Nardaranda xalqı qətlə yetirəndə, bəhanə etdi ki, Hacı Tale Bağırzadə silahlı qruplaşma yaradıb, terror təhlükəsi var. Hal-hazırda 2023-cü ildəyik və dövlət yenə də öz xalqına qarşı misli görülməmiş qəddarlıqlar edir. Adını da qoyub ki, Kərimə Dövləti qurmaq istəyənlər tərəfindən terror təhlükəsi var…
Dövlətin, dindarların həbs olunmalarına hər hansı bir ad qoyması təbiidir. Qeyri-təbii olan isə, bir qrup dindarın dövlətin sözünü təkrar etməsidir;
“Filankəslər Kərimə Dövləti məsələsi barədə danışmasaydılar, bu həbslər də olmazdı” Bu sözü deyənlər, 2015-ci ildə Nardaranda dindarlar şəhid ediləndə də eyni mövqe sərgiləyərək, “Hacı Tale tünd danışmasaydı bu şeylər olmazdı”- deyirdilər.
Görəsən bu dövlətin 2000-ci ilin əvvələrində Nardaranda müsəlmanları şəhid etməsinə nə don geydirmək olar? 2000-ci ilin əvvələrində də Hacı Tale tünd danışırdı? Yoxsa Kərimə Dövləti ideologiyası var idi?
Bunu birdəfəlik başa düşmək lazımdır ki, bu dövlət, Allah ilə düşmənçiliyə qalxıb və onların əleyhinə heç bir söz danışmayıb, etiraz etməsək belə, yenə də bizə qarşı olan repressiyalarına davam edəcək. Necə ki, son zamanlarda həbs olunanların bir hissəsi, ömrü boyu heç bir şeyə qarışmayan sadə insanlar idi.
Günlərin birində, şir dovşana deyir ki, “sənin yerişin mənim xoşuma gəlmir!” Dovşan deyir: “Axı mən normal yeriyirəm?!” Şir isə cavabında deyir: “Ümumiyyətlə bilirsən nə var? Mən səni yemək istəyirəm, vəssəlam!”
Sonda bir xatırlatma edək:
Yadınızdadırsa, son repressiyalar və həbslər başlamazdan aylar öncə, Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatının rəhbərlərindən biri olan Şeyx Orxan Məmmədov, öz çıxışlarının birində bu sözləri demişdi: “Azərbaycandakı şiələri elə bir vəziyyətə salacaqlar ki, onlar öz namuslarını qorumaq üçün dağlara qaçmalı və meşələrdə gizlənməli olacaqlar. Əlbəttə, hələ bunu da bacara bilsələr…”.
Rəy