Qüdsdə anti-İsrail əməliyyatı keçirilib; İki sionist yaralanıb + VİDEO

Çərşənbə axşamı 18 Aprel 2023 - 16:46
https://az.iswnews.com/?p=20871

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bir fələstinlinin işğal altındakı Qüdsdə keçirdiyi silahlı əməliyyat nəticəsində ən azı iki sionist yaralanıb.

Aprelin 18-də bir fələstinli gənc işğal altındakı Qüdsdə yerləşən Şeyx Cərrah məhəlləsində israillilərə məxsus avtomobilə atəş açıb və bu əməliyyat zamanı iki sionist ağır yaralanıb.

İsrail mediasına görə, icraçı hadisə yerindən sağ-salamat qaçıb və bir neçə İsrail əsgəri Qüdsün köhnə hissəsində və ətraf ərazilərdə icraçını axtarır.

Bununla əlaqədar olaraq, Həmas İslami Müqavimət Hərəkatının Qüdsdəki sözçüsü Məhəmməd Həmmadə işğal altındakı Qüdsün Şeyx Cərrah məhəlləsində bugünkü əməliyyatı təbrik edərkən, bunu İsrail işğalının Qüds və Əl-Əqsa məscidinə qarşı cinayətlərinə təbii cavab hesab edib. O, İsrail işğalçılarının onun şəxsiyyətini müəyyənləşdirib həbs etməyə müvəffəq olmaması üçün Qüds sakinlərini əməliyyatın icraçısını dəstəkləməyə çağırıb.

Xatırladaq ki, aprelin 7-də bir fələstinli gənc Təl-Əvivdə Karlo silahından istifadə edərək bir neçə sionistə atəş açmışdı və bu əməliyyat zamanı azı bir sionist və bir əcnəbi həlak olmuş, 6-dan çox şəxs yaralanmışdı.

Daha çox oxuyun:
Təl-Əvivdə anti-İsrail əməliyyatı nəticəsində 7 nəfər ölüb və yaralanıb + VİDEO və FOTO

Bu gün baş vermiş əməliyyatdan
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir