İran Ordusunun quru qoşunlarına geniş şəkildə yeni texnikalar əlavə edildi + FOTO

Çərşənbə 12 Aprel 2023 - 19:03
https://az.iswnews.com/?p=20742

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranda Ordu günü ərəfəsində və İran İslam Respublikası Ordusunun döyüş qüdrətinin artırılmasına uyğun olaraq, ordu hissələrinə 1084 növ yeni texnika və silah əlavə edilib.

İran İslam Respublikası Ordusunun Ali Baş Komandanı Əmir general-mayor Seyid Əbdül Rəhim Musəvi aprel ayının 11-də Qaim Ali Məhəmməd (s) iqamətgahında olarkən 1084 növ texnika və silahın hazırlandığını və quru qoşunlara təhvil verilməsini müşayiət edib.

Yüksək ağır zirehli texnikanı hərəkət etdirmək qabiliyyətinə malik yeni Kian 800 10×10 sistern maşını, çayı keçmə əməliyyatları üçün üzən körpü səthləri, təlim və bacarıq səviyyəsini artırmaq imkanı olan 30 mm qumbaraatan maşın simulyatoru, Araş kiber təhlükəsizlik sistemi təqdim olunan və ordu quru qüvvələrinin yerli və çoxaldılmış texnikası da daxil olmaqla müşahidə və ələ keçirmə missiyalarını yerinə yetirmək üçün çevik hücum briqadalarını təchiz etmək naminə bu qüvvənin nailiyyətləri sərgilənib.

Həmçinin, Mühacir 6 dronu təyin edilmiş rabitə tıxanma sistemi, taktiki idarəetmə komanda maşını, mobil telekommunikasiya stansiyası yaratmaq üçün rabitə vasitəsi, mobil telefon rabitəsi şəbəkəsinin əhatə dairəsini yaratmaq imkanına malik taktiki mobil sistem və Məcid Müdafiə sistemi ordu quru qüvvələri sərgisində nümayiş etdirilən digər nailiyyətlər arasında olub.

Bu mərasimdə zireh, artilleriya, raket, dron, helikopter, kiberhücum və s. sahələrdə avadanlıq və silahlar, o cümlədən Almaz raketi, Qaim bombası, Dehlaviyyə 2 zirehli raketi, üç gecə görmə kamera sistemi, Kobra helikopterində mərkəzləşdirilmiş şəkildə quraşdırılmış çaf və flare və Şəfəq raketləri, Fəth 360 raket sistemləri, nöqtəvuran və dəqiq güllələr, ağır Kian 600 və yüksək ağır Kian 700 Plus tank daşıyıcıları, Səhənd 3 raketi, Misaq raketi, mobil hücum üçün hava hücumundan müdafiə sistemləri, 105 və 155 mm-lik topların yenidən hazırlanmasından, çoxaldılmasından və bu silahlara yeni qurğular əlavə edildikdən sonra Şəhid Zərharan Daxili Sənayesi, Cihad Xodkəfayi, Müdafiə Nazirliyi və Daneş Bonyan və sahə qiymətləndirmə şirkətlərinin əməkdaşlığı ilə İran Ordusu Quru Qoşunlarının bölmələrinə təhvil verildi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir