BƏƏ hərbçiləri Şəbvə əyalətindən geri çəkilib + XƏRİTƏ

Çərşənbə 12 Aprel 2023 - 17:48
https://az.iswnews.com/?p=20738

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, BƏƏ əsgərləri və müşavirləri Şəbvə əyalətindəki Mərrə və Bəlhaf bazalarındakı mövqelərindən geri çəkilib və Həzərmut vilayətinin Əl-Mukəlla şəhərində yerləşiblər.

Yəməndə sülh danışıqlarının irəliləyişi ilə bərabər yerli mənbələr Birləşmiş Ərəb Əmirliklərinin Şəbvə əyalətindəki Mərrə və Bəlhaf bazalarından çıxdığını elan edib. Bu xəbərə görə, son bir neçə gündə BƏƏ öz qüvvələrini və hərbi texnikasını bu bazalardan çıxarmaq əmri verib və bu qüvvələr mövqelərini boşaltdıqdan sonra 10 aprel tarixində Həzərmut əyalətinin mərkəzi Əl-Mukəlla şəhərinə doğru hərəkət ediblər.

Bundan əvvəl BƏƏ bir sıra hərbi texnika və maşınlarını Əl-Rəyyan və Rəbvə Xələf bazalarından Əl-Mukəlla limanına köçürüb və onları yük gəmisi ilə təyin olunmamış istiqamətə daşımışdır.

Hələlik BƏƏ-nin bu hərəkətlərinin səbəbi müəyyən edilməsə də, yerli mənbələr BƏƏ-nin bu hərəkətlərinin Ənsarullahla son anlaşmalara uyğun olduğunu düşünür. Qeyd edək ki, Ənsarullah rəsmiləri Səudiyyə koalisiyasının nümayəndələri ilə danışıqlarda bütün xarici qüvvələrin Yəmən ərazisindən çıxarılmasının sülhə nail olmaq üçün əsas şərt olduğunu bəyan ediblər.

Daha çox oxuyun:
BƏƏ-nin Yəmənin Həzərmut sahillərindəki böyük bazası haradadır?
BƏƏ və Fransa Yəmənin qaz ehtiyatlarını talamaq üçün müqavilə bağlayıb

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir