Azərbaycan Respublikası ilə Ermənistan arasında Tex-Zabux sərhədində münaqişə

Çərşənbə 12 Aprel 2023 - 15:52
https://az.iswnews.com/?p=20730

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikası ilə Ermənistan silahlı qüvvələri arasında Tex və Zabux rayonları sərhədində baş vermiş toqquşma nəticəsində 4 erməni və 3 Azərbaycan əsgəri həlak olub.

Aprelin 11-də günortadan sonra Sünik vilayətində yerləşən sərhədyanı Tex rayonunda yerli mənbələr Azərbaycan Respublikası və Ermənistan qüvvələri arasında münaqişənin baş verməsi barədə məlumat yayıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatına görə, bu münaqişədə 3 ordu əsgəri həlak olub, bir neçə əsgər yaralanıb. Ermənistan Müdafiə Nazirliyi də 4 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını açıqlayıb.

Azərbaycan iddia edir ki, bu münaqişə Ermənistan silahlı qüvvələrinin Laçına gedən yolda Azərbaycan mövqelərini atəşə tutmasından sonra başlayıb. Azərbaycan ordusu da bu hücumlara cavab verib və bildirib ki, bu hücumlar Ermənistan ordusunda ziyana səbəb olub.

Qarşıdurma tərəflərin razılığı ilə dayanıb və münaqişə xətlərinin vəziyyəti ilə bağlı tam təfərrüatlar yoxdur.

Bu hadisənin maraqlı və yersiz məqamı Bakı mediasının Ermənistanın bu münaqişədə İranın pilotsuz təyyarələrindən istifadə etməsi ilə bağlı yalan iddiası idi. Ermənistan tərəfi bu iddianı təkzib etdi. Bir daha İlham Əliyevə aid mediaların necə çirkin yalanlara əl atdığı müşahidə olundu. Bu yalan iddia İranfobiyaya və İranla mümkün münaqişələr üçün Bakının taktikasına daha uyğundur.

Qeyd edək ki, Azərbaycan ordusu müttəfiqləri ilə birlikdə neçə gün bundan öncə Ermənistanla sərhəd rayonlarında hərbi təlim keçirmişdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir