Amerika mediası: İran İsrail gəmilərinə hücum etməyi planlaşdırır!

Çərşənbə axşamı 11 Aprel 2023 - 03:21
https://az.iswnews.com/?p=20717

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika qəzeti iddia edib ki, İran silahlı qüvvələri sionist rejimin Dəməşqə hücumu nəticəsində SEPAH-ın iki müşavirinin şəhid olmasına cavab olaraq İsrail gəmilərini hədəfə almağı planlaşdırır.

Amerikanın New York Times qəzeti İran silahlı qüvvələrinin İsrail rejiminin Suriyada hava hücumları nəticəsində şəhid olan SEPAH-ın iki müşavirinin qisasını almaq üçün İsrailə məxsus ticarət gəmilərinə hücum etməyə hazırlaşdığını iddia edib.

Anonim iki yüksək rütbəli Qərb kəşfiyyat rəsmisinə istinadən dərc edilən bu hesabata görə, İran İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri Fars körfəzi və Ərəb dənizində İsrail gəmilərinə pilotsuz təyyarələrin hücumu üçün hazırlıqlarını artırır.

Son aylarda İran və İsrail arasında müxtəlif sahələrdə, xüsusilə dənizçilik, kiber və təhlükəsizlik sahələrində qarşıdurma artıb. Son zamanlar bəzi dəniz insidentlərində İran və sionist rejimin yüksək vəzifəli məmurları tərəfindən heç vaxt rəsmi olaraq iddia olunmayan hücumlar tərəflərə aid edilib. İsrail gəmilərinə qarşı hücumlar sionistlərin bölgədəki hər bir hərəkətindən sonra həyata keçirildiyi üçün belə görünür ki, bu əməliyyatlar İran İslam Respublikasının cavabının bir hissəsidir və Tehranın dəniz sahəsindəki siyasəti İsrailin hücumlarına qarşılıqlı cavabdır.

Xatırladaq ki, 2023-cü il fevralın 10-da İsrail mediası İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ərəb dənizində Şahid-136 kamikadze dronu ilə Liberiya bayraqlı CampoSquare neft tankerinə hücum etdiyini iddia etmişdi. Bu gəmi Eyal Oferin mülkiyyətində olan Zodiac gəmiçilik şirkətinə məxsus olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir