Əl-Əmaləqə qüvvələri Bihan rayonuna nəzarəti ələ keçirib

Çərşənbə axşamı 11 Aprel 2023 - 02:48
https://az.iswnews.com/?p=20714

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Əmaləqə qüvvələri Şəbvə müdafiə qüvvələri ilə münaqişədən sonra Yəmənin Şəbvə əyalətinin qərbində yerləşən Bihan rayonuna nəzarəti ələ keçirib.

Şənbə günü, aprelin 8-də Yəmənin istefa vermiş hökumətinin Şəbvə qubernatoru İvəd Bin Əl-Vəzir Əl-Avlakinin komandanlığı altında Şəbvə müdafiə qüvvələri ilə toqquşmadan sonra Əl-Əmaləqə qüvvələri Bihan rayonuna nəzarəti ələ keçirə bilib. Bu münaqişə Əl-Əliya bazarında rüsumların yığılması ilə bağlı mübahisədən sonra baş verib və bundan sonra Şəbvə müdafiə qüvvələri Bihanı tərk edib.

Bihan rayonu 2022-ci il yanvarın 6-dan Səudiyyə koalisiya qüvvələrinin nəzarətində olan Şəbvə vilayətinin neft bölgələrindən biridir və neft gəlirləri Əl-Əmaləqə qüvvələrinə və Cənub Keçid Şurasına ödənilir.

Səudiyyə koalisiyasının qüvvələrinin işğal etdiyi ərazilərdə baş verən son qarşıdurmalar bu koalisiyanın komandanlığı altında olan müxtəlif fraksiyaların gündəlik fəaliyyətlərinin bir hissəsinə çevrilib, onların hər biri bir növ rayonlara, cənub və şərq əyalətlərinə təsirini genişləndirməyə çalışır.

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir