İran və Suriya prezidentləri arasında telefon danışığı olub

Bazar ertəsi 10 Aprel 2023 - 23:23
https://az.iswnews.com/?p=20685

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran prezidenti suriyalı həmkarı ilə telefon danışığı zamanı mübarək Ramazan ayı münasibətilə təbrik edərkən bəzi regional məsələləri müzakirə edib.

Aprelin 9-da İran prezidenti Seyid İbrahim Rəisi ilə Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub.

Rəisi bu telefon danışığında mübarək Ramazan ayını təbrik edərkən dünya sisteminin müqavimət cəbhəsinin xeyrinə və hegemon dövlətlər və sionist rejimin əleyhinə dəyişdiyini bildirib və əlavə edib: “Sionist rejimin cinayətləri bu rejimin zəif və çarəsizliyinin əlaməti və müqavimət cəbhəsi üçün parlaq və ümidli gələcəyin sübutudur”.

İran prezidenti Suriyanın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayaraq deyib ki, terrorla mübarizənin yeganə yolu Suriyanın milli suverenliyinə dəstək verməkdir.

Bəşər Əsəd bu telefon danışığında həmçinin İran və Suriyanın 40 illik ortaq düşmənlərə qarşı müqavimətinə işarə edərək, mübarək Ramazan ayı münasibəti ilə qarşılıqlı təbriklərini bildirib və deyib: “Bu gün sionist rejimin süqut əlamətləri müşahidə olunur. Bu, müqavimətin və xüsusilə Fələstin xalqının dayanıqlığının nəticəsidir”.

Bu telefon danışığı sionist rejimin Suriyanın cənub bölgələrinə hava hücumundan bir neçə saat sonra edilib. İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri dəfələrlə İsrailin Suriya ərazisinə təcavüzkar hücumlarını pisləyib və beynəlxalq ictimaiyyətdən və Təhlükəsizlik Şurasından bu təcavüzlərə dərhal, ciddi və təsirli cavab tələb ediblər.

Daha çox oxuyun: İsrail aviasiyası Suriyanın cənubuna hücum edib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir