Suraxanının tarixi barədə ətraflı məlumat

Bazar ertəsi 10 Aprel 2023 - 22:39
https://az.iswnews.com/?p=20679

Suraxanı rayonu Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biridir. Rayonun yaşayış məntəqələri XIX əsrin sonlarında, Azərbaycanda neft hasilatının sürətlə inkişaf etməyə başladığı dövrdə inkişaf etmişdir.

O dövrün tanınmış neftçilərinin çoxunun burada neft sahələri olub. Rayon inzibati vahid kimi 1920-ci ilin may ayından 1992-ci ilə qədər Qriqori Orconikidzenin şərəfinə Orconikidze adlandırılmışdır. Suraxanı Bakının 12 inzibati rayonundan biridir. Abşeron yarımadasının cənub-şərq hissəsində yerləşir.

Bura tarixən İran zərdüştlərinin ibadət yeri olub. Əhalisinin tərkibinə görə tat kəndi hesab edilən Suraxanıda irandilli tatlar qədim zamanlardan məskunlaşmışlar. Kəndin adı bir nəzərə əsasən farscadakı surx (qırmızı) və xanə (ev) sözlərindən əmələ gəlmişdir.

Digər bir nəzərə əsasən isə fars və tat dillərində çala, çuxur, oyuq, deşik mənasını verən surax və ev, mənbə, qaynaq, çeşmə, fəvvarə mənasını verən xanı sözlərindən əmələ gəlmişdir. Sara xanım Aşurbəyli yazır ki, “Suraxanı oyuqdan, deşikdən qaynayıb daşan, fəvvarə vuran deməkdir.”

Rayon ərazisində Atəşpərəstlərin ziyarətgahı olan Atəşgah memarlıq-tarixi kompleksi, həmçinin XIV əsrə aid Nizaməddin məscidi və iki minarəli Cümə məscidi (1905) yerləşir.

“Atəşgah” Bakının 30 kilometrliyində, Suraxanı qəsəbəsinin cənub-şərq hissəsindədir. Məbəddə Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məşhur alim və səyyahlar qalmışlar…

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir