Suriya ərazisindən işğal altındakı Qolana iki raket hücumu olub + FOTO

Bazar ertəsi 10 Aprel 2023 - 21:52
https://az.iswnews.com/?p=20669

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livaul-Qüds müqavimət dəstəsi işğal altındakı Qolanda yerləşən sionist qəsəbələrinə iki mərhələdə raket hücumu ilə hədəfə alıb.

Livaul-Qüds müqavimət dəstəsi əməliyyatçıları aprelin 8-i axşam və 9-u səhər saatlarında Suriyadan işğal olunmuş Qolandakı sionist qəsəbələrinə doğru iki mərhələdə ən azı 6 raket atıb. Bu hücumlardan sonra ərazilərdə həyəcan sirenləri çalınıb. Raketlərdən birinin Qolandakı qeyri-yaşayış sahəsinə düşdüyü bildirilir.

Bir neçə dəqiqə sonra İsrail ordusu Suriya ərazisindən işğal altındakı Qolan istiqamətində ən azı 3 raket atıldığını, bu raketlərdən ikisinin işğal altındakı Qolanda açıq əraziyə düşdüyünü, birinin isə ələ keçirildiyini açıqlayıb. Həmçinin İsrail ordusunun sözçüsü İsrail artilleriya bölmələrinin Suriyanın cənubundakı raket atəşinin mənbəyini atəşə tutduğunu açıqlayıb.

Sionistlərin Avnei Eitan və Natur qəsəbələrində həyəcan sirenlərinin çalınması

Bu hücumlardan sonra Fələstinin Livaul-Qüds müqavimət dəstəsi bəyanat yayaraq, Suriya ərazisindən işğal olunmuş Qolana raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb. Bu dəstənin bəyanatında deyilir: “Qolanda işğal olunmuş yerlərin hədəf alınması Əl-Əqsa məscidinə edilən hücumlara cavab olaraq həyata keçirilir. Biz İsraili Suriyanın cənub cəbhəsindən istənilən təcavüzə qarşı qətiyyətli cavabla hədələyirik”.

Qeyd edək ki, aprelin 6-da naməlum şəxslər Livanın cənubundakı bir bölgədən işğal olunmuş Fələstinin şimalındakı sionist qəsəbələrinə doğru 30-dan çox raket atmış və bu hücum zamanı azı 4 sionist yaralanmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir