Azərbaycan sionist rejimdən yeni hərbi təchizat almaq istəyir

Çərşənbə 5 Aprel 2023 - 17:28
https://az.iswnews.com/?p=20561

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xarici KİV-lərə istinadən xəbər verir ki, Azərbaycan-sionist rejim əlaqələrinin artması fonunda yeni hərbi təchizatların 2024-cü ilə dək alınması planlaşdırılıb.

Middle East İnstitute Of Portal Analysis analitika portalı 3 aprel tarixində yayımladığı xəbərdə bu barədə məlumat verib.

Azərbaycan və sionist rejim arasında diplomatik əlaqələrin hazırdakı vəziyyətdən öncə artmasından əvvəl sionist rejimin bu illər ərzində Azərbaycana həyati hərbi dəstəyi olub, o cümlədən Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə həmin vaxtlarda hələ də onu eyni tipli qabaqcıl silahlarla təmin etmək iqtidarında deyildi. 

Son bir neçə ildə Türkiyənin Azərbaycana verdiyi silahların keyfiyyətini və dəyərini artırması ilə bu vəziyyət bir qədər dəyişdi, sionist rejimin silah ixracı isə daha çox Avropalı istehlakçılara doğru yönəldi, o cümlədən Almaniyaya Arrow-3 hava hücumundan müdafiə sistemi satmaq üçün 3 milyard dollarlıq müqavilə imzalandı. 

Buna baxmayaraq, İsrail silah istehsalçıları Azərbaycan bazarını yaxından izləməyə davam edir, çünki bu ölkənin müdafiə büdcəsi 2022-ci ildəki 2,6 milyard dollardan 2023-cü ildə 3,1 milyard dollara yüksəlib və bu xərclərin 30%-i silahların satın alınmasına yönəlib.

Qeyd edək ki, fevralda İsrailin müdafiə naziri Yoav Qallant Münhen Təhlükəsizlik Konfransı çərçivəsində prezident Əliyevlə görüşmüşdür. Orada Əliyev iki tərəfdaşın əməkdaşlığının müxtəlif sahələrdə, xüsusən də müdafiə və hərbi-texniki sahədə əldə etdiyi tərəqqini yüksək qiymətləndirmişdir. 

Daha çox oxuyun: Əliyevin Avropaya səfərinin təfərrüatları + FOTO və VİDEO

Buna misal olaraq, iki yeni İsrail müdafiə texnologiyası firmasının, Meteor Aerospace və SpearUAV-nin bu ilin əvvəlində və ya 2024-cü ilə kimi Azərbaycanla dronların inkişafı ilə bağlı müqavilələrin imzalanması gözlənilir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir