Fələstin müqaviməti işğal olunmuş ərazilərə raket zərbələri endirib + VİDEO və FOTO

Çərşənbə 5 Aprel 2023 - 16:25
https://az.iswnews.com/?p=20549

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət dəstələri sionist rejim əsgərlərinin Məscidül-Əqsaya hücumu və fələstinlilərin həbsinə cavab olaraq Qəzza zolağı ətrafındakı sionist bölgələri raket hücumları ilə hədəfə alıblar.

Aprelin 5-də səhər saatlarında sionist rejim polisi Əl-Əqsa məscidinə basqın edərək ibadət edənlərə və etikafda olanlara hücum edib. Bu hücum zamanı ən azı 240 ibadət edən fələstinli yaralanıb, 400-dən çox insan sionistlər tərəfindən həbs edilib.

Bu hadisə ilə eyni vaxtda Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxxalə deyib: “Məscidül-Əqsada baş verənlər Fələstin müqəddəsləri üçün ciddi təhlükədir və Fələstin xalqı bütün imkanları ilə yaxın günlərdə sionist işğalçıları ilə müəyyən və mümkün qarşıdurma üçün hazırlaşmalıdır”.

Bununla bağlı Həmas Hərəkatı da bəyan edib ki, Məscidül-Əqsada baş verənlər çox təhlükəlidir və bunun əvəzini düşmən sionist ödəyəcək.

Bu hadisədən bir neçə saat sonra Fələstin müqaviməti sionistlərin Məscidül-Əqsaya vəhşi və cinayətkar hücumu və fələstinli ibadətçilərin oradan qovulmasına cavab olaraq, Qəzza zolağı ətrafındakı sionist bölgələri raket hücumu ilə hədəfə alıb.

Bu hücumdan sonra Qəzza ətrafındakı bəzi sionist yaşayış məntəqələrində həyəcan sirenləri çalındı ​​və İsrail mənbələri Qəzza zolağından Qəzza zolağı ətrafındakı yaşayış məntəqələrinə ən azı 10 raket atıldığını bildirdilər.

Digər tərəfdən, Kan İvrit kanalı bu gün səhər Qəzza zolağından bu bölgə ətrafındakı yaşayış məntəqələrinə doğru üç mərhələdə 16 raket atıldığını, bir raketin isə Sderotdakı fabrikin yaxınlığına düşdüyünü açıqlayıb. İvrit mediasının məlumatına görə, Dəmir Qübbə müdafiə sistemləri 16 raketdən yalnız 8-ni tutaraq məhv edə biliblər.

İşğal olunmuş ərazilərdə həyəcan sirenləri barədə
Fələstin müqaviməti raketinin Sderotdakı fabrikin ətrafına dəydiyi an

Müqavimət qüvvələrinin raket hücumlarına cavab olaraq sionist rejim qırıcıları Qəzza şəhərinin cənub-qərbində və Nusirat düşərgəsi yaxınlığında iki müqavimət qərargahını hədəfə alıblar. Həmçinin, sionist ordusunun artilleriyası Qəzza zolağının şimalında yerləşən Cəbəliyanın şərqində və həmçinin Qəzza zolağının cənubunda Xanyunis bölgəsinin şərqində yerləşən məntəqələri hədəfə alıb. Bu hücumlarda itki olmayıb.

Qəzza şəhərinin qərbində Fələstin müqavimət bazalarından birinin İsrail qırıcıları tərəfindən bombalanması anı
Sionistlər tərəfindən Məscidül-Əqsada dindarların döyülməsi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir