Baxmut şəhərinin yarısından çoxu Rusiya nəzarətindədir! + XƏRİTƏ

Bazar ertəsi 3 Aprel 2023 - 22:34
https://az.iswnews.com/?p=20470

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusu ilə Ukrayna qüvvələri arasında gedən döyüşlərin davamında Baxmut şəhərində bələdiyyə binası və bu şəhərin mərkəzində yerləşən Baxmut şəhər şurası rus ordusunun nəzarətinə keçib.

Ukraynadakı müharibə 403-cü gününü geridə qoyub. Baxmut şəhərinin cəbhəsi isə bu ölkənin əsas və ən fəal döyüş meydanına çevrilib. Baxmut şəhərinin ələ keçirilməsi uğrunda gedən döyüşlər 2023-cü ilin fevral ayının əvvəlindən daha intensiv və ciddi şəkildə davam etdirilmiş və fevralın ortalarına qədər yavaş-yavaş Baxmut şəhərinin daxilinə sürüklənmişdir. O vaxtdan bəri şəhərin müxtəlif yerlərində şimal, şərq və cənub oxlarında irəliləyiş çox yavaş, lakin davamlı olmuşdur.

Bu irəliləyişlərin davamı olaraq, son üç gün ərzində Vaqnerin qüvvələri və rus ordusu Baxmut şəhərinin bələdiyyə binasını və şəhər şurasını və Baxmutun mərkəzindəki bir sıra digər hökumət binalarını ələ keçirməyə nail oldular. Bu oxda irəliləməklə, demək olar ki, şəhərin bütün şərq rayonları rus ordusunun nəzarətinə keçib.

Şəhərin şimal oxunda rus qüvvələri Azumun sənaye ərazisinin böyük hissəsini ələ keçirib, Azum və Selişçe ərazisinin qalan ərazilərində isə toqquşmalar davam edir. Şəhərin cənub oxunda isə Avanqard stadionu ətrafında toqquşmalar davam edir.

Hazırda Baxmut şəhərinin təxminən 70%-i Rusiyanın nəzarəti altındadır və şəhərin qərbində qalan Ukrayna qüvvələrinin bu şəhərdə müqavimət göstərmək və onu qorumaq şansı çox azdır.

Baxmut xəritəsi – tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir