İsrailin Dəməşqə hava hücumu nəticəsində daha bir Sepah müşaviri şəhid oldu + FOTO

Bazar 2 Aprel 2023 - 21:11
https://az.iswnews.com/?p=20450

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələri sionist rejimin Dəməşq ətrafında cinayətkar hücumunda Miqdad Mehqani Cəfər Abadi adlı daha bir Sepah əsgərinin şəhadətini elan edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr bölməsi bu gün aprelin 2-də verdiyi açıqlamada iki gün əvvəl sionist rejim qırıcılarının Dəməşq ətrafında hücumundan sonra daha bir iranlı hərbi məsləhətçinin şəhadətini elan edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr bölməsinin elanında deyilir: “İslamın cəsur və ixlaslı əsgəri, 31 mart 2023-cü il (ramazan ayının doqquzuncu günü), cümə günü sübh çağı sionist rejimin Suriyanın Dəməşq şəhəri yaxınlığındakı cinayətkar hücumu nəticəsində yaralanan hərəm müdafiəçilərindən biri, kapitan Miqdad Mehqani Cəfər Abadi, aldığı yaraların şiddəti səbəbindən şəhid oldu. Şübhəsiz ki, saxta və cinayətkar sionist rejimin cinayətləri cavabsız qalmayacaq və bunun əvəzini verəcək”.

Xatırladaq ki, İsrail qırıcıları 24 saatdan az müddətdə ikinci dəfə, cümə günü saat 00:17 radələrində (yerli vaxtla) işğal altındakı Qolandan bir neçə raket ataraq, Dəməşq ətrafında yerləşən hədəflərə hücum etmişdir. Nəticədə iki İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi məsləhətçisi şəhid olmuşdur.

Daha çox oxuyun: İsrailin Dəməşqə hava hücumu zamanı Sepah qüvvələrindən biri şəhid oldu + FOTO

Görünən odur ki, İsrail ordusu Suriyaya tez-tez hava zərbələri endirməklə konkret məqsəd güdür. İsrailin Suriyaya bu cür aviazərbələri son illərdə misli görünməmişdir. Çox güman ki, İsrail gərginliyi artırmaqla İranı məhdud hərbi reaksiyaya məcbur etmək və sonra bu vasitə ilə digər əsas məqsədlərinə nail olmaq niyyətindədir. Lakin İranın cavab əməliyyatı keçirməsi və bunu rəsmən elan etməsi lazımdır amma bu cavabı xüsusi incəliklə etməsi xüsusi əhəmiyyət kəsb edir.

Şəhid Miqdad Mehqani Cəfər Abadinin şəkli
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir