Sionist rejimi Suriyaya hava zərbələri endirdi; Beş Suriya əsgəri yaralanıb + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Suriyanın Homs əyalətindəki hədəflərə bir neçə raket zərbəsi endirib, nəticədə 5 suriyalı hərbçi yaralanıb.
Suriya hərbi mənbəsindən verilən məlumata görə, “bazar günü yerli vaxtla saat 00:35 radələrində sionist rejim Livanın Beyrut şəhərinin şimal-şərq istiqamətindən bir neçə raketlə Homs şəhəri və ətrafındakı hədəflərə hücum edib və hava hücumundan müdafiə qüvvələri raketlərin əksəriyyətini vurub. Bu hücum beş əsgərin yaralanması və maddi ziyanın yaranması ilə nəticələnib”.
Bununla bağlı daha ətraflı məlumat verilməyib, lakin Suriya ordusunun Homs əyalətində yerləşən Şairat Hərbi Hava Bazası və Tifur (T4) hərbi hava limanındakı mövqelərinin bu hücumun hədəfi olduğu bildirilir.
İsrailin bu hücumu sionist rejimin son dörd gündə bu ölkənin ərazisinə üçüncü hücumudur. Həmçinin, bu, bir müddət əvvəl bu ölkədə baş verən dağıdıcı zəlzələdən sonra İsrail rejiminin Suriyaya altıncı hücumudur.
Xatırladaq ki, cümə günü saat 00:17-də (yerli vaxt) sionist rejim ordusunun qırıcıları Dəməşq ətrafındakı hədəflərə bir neçə raket zərbəsi endirmişdir, nəticədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi müşavirlərindən biri şəhid oldu. İkinci şəxs isə aldığı yaraların ağır olması səbəbindən dünən şəhid olub.
Görünən odur ki, İsrail ordusu Suriyaya tez-tez hava zərbələri endirməklə konkret məqsəd güdür. İsrailin Suriyaya bu cür aviazərbələri son illərdə misli görünməmişdir. Çox güman ki, İsrail gərginliyi artırmaqla İranı məhdud hərbi reaksiyaya məcbur etmək və sonra bu vasitə ilə digər əsas məqsədlərinə nail olmaq niyyətindədir. Lakin İranın cavab əməliyyatı keçirməsi və bunu rəsmən elan etməsi lazımdır amma bu cavabı xüsusi incəliklə etməsi xüsusi əhəmiyyət kəsb edir.
Daha çox oxuyun:
İsrailin Dəməşqə hava hücumu zamanı Sepah qüvvələrindən biri şəhid oldu + FOTO
Rəy