Ənsarullah Məribin cənubunda və Şəbvənin qərb cəbhələrində irəliləyib + XƏRİTƏ

Bazar 2 Aprel 2023 - 00:19
https://az.iswnews.com/?p=20437

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə koalisiya qüvvələrinin Mərib vilayətinin cənubundakı Hərib cəbhəsi və Şəbvə əyalətinin qərbindəki Marxa Əl-Aliya cəbhəsinin müdafiə xətlərini geri almaq üçün hücumları Ənsarullahın müqaviməti ilə uğursuzluqla nəticələnib.

Mərib əyalətinin cənubunda yerləşən Hərib cəbhəsində və Şəbvə əyalətinin qərbində Marxa Əl-Aliya cəbhəsində Ənsarullah ilə Səudiyyə koalisiyasının qüvvələri arasında toqquşmaların başlamasından iki həftə keçdikdən sonra Əl-Əmaləqə qüvvələri və Şəbvə Müdafiəçilərinin hücumları heç bir nəticə vermədən sona çatdı və Ənsarallahın bu istiqamətdə irəliləməsinin stabil qaldığını söyləmək olar.

Hərib cəbhəsi:
Hərib cəbhəsindəki qarşıdurma Əl-Əmaləqə qüvvələri və Səba cəbhəsi qüvvələrinin cəbhələrdə atəşkəsin qalib gəldiyini güman edərək bəzi bölgələrdən geri çəkilməsindən sonra baş verdi. Ənsarullah bu fürsətdən istifadə edərək qəfildən Ərak, Şərq, Əl-Sih, Cəbəl Baara və Hirur bölgələrinə daxil oldu. Bu hadisədən sonra Əl-Əmaləqə qüvvələri müdafiə xətlərini bərpa etmək üçün Ənsarullahla döyüşə girdilər və bu, heç bir xüsusi nəticəyə çıxarmadı və Ənsarullah bu cəbhədə hələ də üstündür. İslam Dünyası Xəbərlərinin cəbhə mənbəyinin məlumatına görə, Ənsarullahın Həribin qərb və cənub-qərb yüksəklikləri üzərində nəzarəti bərqərar olub və Ənsarullahın bu oxda atəşə nəzarət etməsi vəziyyətin Əl-Əmaləqə qüvvələrinin və Səudiyyə koalisiyasının komandanlığı altında olan digər birliklər əlindən çıxmasına səbəb olub.

Daha çox oxuyun: Yəməndə baş verən son hadisələr, 25 Mart 2023

Marxa Əl-Aliya cəbhəsi:
Əl-Əmaləqə qüvvələrinin hərəkətləri və bu qrupun komandanlığındakı bölmələrin Hərib cəbhəsinə doğru hərəkəti Ənsarullahın Həribdə mümkün bir əməliyyatın formalaşmasının qarşısını almaq üçün bu oxda hücumları həyata keçirməsinə səbəb oldu.

Təbii ki, hər iki tərəf xeyli itki və tələfat verib, lakin son iki həftədə dərc olunan xəbərlərə görə, Səudiyyə koalisiyasının komandanlığı altında olan qruplaşmalar, xüsusən də Əl-Əmaləqə qüvvələri Səudiyyə koalisiyasının komandanlığı altında olan digər qruplara nisbətən ağır zərbələr alıb və onlar üçün şərait daha ağır olub.

Bu münaqişələr atəşkəs rejiminin pozulmasıdırmı?
Şübhəsiz ki, bu münaqişələr Yəməndə sülh danışıqları prosesinə öz təsirini göstərəcək, lakin bunun atəşkəs və onun pozulması məsələsi ilə heç bir əlaqəsi yoxdur. Çünki Yəməndə atəşkəs ötən ilin sentyabrından uzadılmayıb və hazırda Yəmən cəbhələrində münaqişənin olmaması üçün heç bir razılaşma və ya tələb yoxdur. Ona görə də Ənsarullahın son hücumları və irəliləyişləri atəşkəs və razılaşmanın pozulması deyil.

Bu irəliləyişlər Səudiyyə koalisiyası nəzarətində olan qrupların birləşməsinə səbəb olacaqmı?
Səudiyyə koalisiyasına tabe olan qruplar hazırda şiddətli qüdrət mübarizəsi ilə məşğuldular. Səudiyyə Ərəbistanı Əl-Dər Əl-Vətən qüvvələrini və İslah Partiyası silahlılarını yaradaraq Yəmənin cənub əyalətlərinə köçürməklə Cənub Keçid Şurasının gücünü azaltmağa çalışır. Digər tərəfdən, istefa vermiş hökumətin rəsmiləri ilə İslah Partiyasının liderləri arasında siyasi gərginlik davam edir. Həmçinin İstefa vermiş hökumətin prezident şurasının rəhbəri Rəşad Əl-Əliminin əmri ilə onun komandanlığı altındakı silahlı şəxslərin İslah Partiyasının nəzarətində olan Mərib və digər yerlərə hücumu barədəki şayiələri eşidilməkdədir.
Odur ki, Əl-Əmaləqə qüvvələrinin və istefa vermiş hökumətin tabeliyində olan digər silahlı qüvvələrin Ənsarullahla qarşıdurması Cənub Keçid Şurasına təzyiqləri azalda və Səudiyyə koalisiyasındakı qruplardakı qüvvələr balansını qoruya bilər.

Ümumiyyətlə, istefa vermiş hökumətin böyük neft və qaz ehtiyatlarına malik olan Şəbvə və Mərib əyalətlərinə nəzarət etməsi Ənsarullahın xeyrinə deyil. Ənsarullahın nəzarəti altında olan bölgələrin əhalisi işğal olunmuş ərazilərdən qat-qat çoxdur və Ənsarullah Yəmənin bu hissəsinin ehtiyaclarını ödəmək üçün xüsusilə neft ehtiyatları məsələsində iqtisadi qüdrətini bərpa etməyə güclü ehtiyac duyur. Ənsarullahın istefa vermiş hökumət tərəfindən neft ehtiyatlarını talamasına mane olmasına baxmayaraq, iqtisadi müharibə davam edir və İngiltərə və Amerika təzyiqləri Səudiyyə Ərəbistanının sülh danışıqlarında güzəştə getməsinə mane olur.

Daha çox oxuyun: Yəmən cəbhələrinin son vəziyyəti; Yəmən müharibəsində iştirak edən tərəflər haqqında ümumi məlumat + AZƏRİ XƏRİTƏ

Tam ölçüdə baxmaq üçün klikləyin:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir