Azərbaycan xarici işlər nazirinin işğal olunmuş Fələstinə səfərinin təfərrüatı + FOTO

Cümə 31 Mart 2023 - 17:39
https://az.iswnews.com/?p=20367

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycanın xarici işlər naziri işğal olunmuş Fələstinə səfəri zamanı sionist rejimin səlahiyyətliləri ilə görüşüb və onlarla söhbət edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 28-də işğal olunmuş Fələstinə ilk rəsmi səfəri zamanı Azərbaycanın Təl-Əvivdəki səfirliyini açıb, israilli həmkarı Eli Koen ilə görüşüb söhbət edib.

Bayramovla görüşdə Eli Koen bildirib:

“İsrail və Azərbaycan eyni təhlükələrlə üz-üzədir və iki ölkənin İranın təhdidlərini başa düşməsi də ortaqdır. Biz İranın nüvə potensialına sahib olmasının qarşısını almaq üçün birlikdə hərəkət etməliyik və bunun yolu bütün siyasi və iqtisadi həll yollarından istifadə etmək və eyni zamanda qəti və etibarlı hərbi təhlükəyə malik olmaqdır”.

Digər tərəfdən, Azərbaycanın xarici işlər naziri İrana istinad etmədən ölkəsinin qabaqcıl texnologiya, süni intellekt və kənd təsərrüfatı kimi sahələrdə İsrailin imkanlarından istifadə etməsindən danışıb. O, Azərbaycanda 114 İsrail şirkətinin fəaliyyət göstərdiyini və İsrailin neftə olan tələbatının 30%-ni Bakının ödədiyini bildirib.

Səfər zamanı Bayramov İsrailin baş naziri İshaq Hersoq, baş nazir Benyamin Netanyahu və İsrailin müdafiə naziri Yoaf Qalantla da görüşüb. Bu görüşdə regional məsələləri müzakirə ediblər və ikitərəfli əməkdaşlığın gücləndirilməsini davam etdirmək barədə razılığa gəliblər.

İsrail rejimi başçısının Azərbaycanın xarici işlər naziri ilə görüşü:

Azərbaycanın xarici işlər nazirinin işğal olunmuş Fələstinə səfəri Azərbaycanın Təl-Əvivdəki səfiri Muxtar Məmmədovun etimadnaməsini İsrail rejiminin prezidenti İshaq Hersoqa təqdim etməsindən bir neçə gün sonra baş tutub.

Qeyd edək ki, İsrail 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk hökumətlərdən biri olub və bundan bir il sonra tam diplomatik əlaqələr quraraq Bakıda səfirlik açaraq, Azərbaycana səfir göndərib. Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq son bir neçə ildə, xüsusən də son iki ildə xeyli artıb və Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri İsrail silahlarının Ermənistana qarşı müharibədə mühüm rol oynadığını təsdiqləyiblər.

İsrail Baş nazirinin Azərbaycanın xarici işlər naziri ilə görüşü:

Azərbaycanın xarici işlər nazirinin İsrailin müdafiə naziri ilə görüşü:

Azərbaycan və Fələstin XİN rəhbərləri, Ceyhun Bayramov və Riyad Əl-Maliki arasında Ramallahda geniş tərkibli görüş baş tutub:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir