Dindarların həbs dalğası şiddətli şəkildə davam edir

Cümə axşamı 30 Mart 2023 - 05:20
https://az.iswnews.com/?p=20343

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, mübariz ruhani Şeyx İmran Ələsgərov daxil olmaqla, yeddi dindar zalım Əliyev rejimi tərəfindən həbs olundu.

Agentliyimizə daxil olan məlumatlara əsasən, Ruhani Şeyx İmran Ələsgərov 27 mart tarixində Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmışdı. Evə buraxıldıqdan sonra bu dəfə polisə çağırılan Şeyx İmran Ələsgərov, 29 mart tarixində külli miqdarda narkotik ittihamı ilə, zalım Əliyev rejimi tərəfindən həbs edildi.

Qeyd edək ki, Şeyx İmran Ələsgərov əsasən saray cərəyanı və tağut rejimlə mübarizədə xüsusi fəallıq göstərirdi. Dəfələrlə ciddi xəbərdarlıq və 30 sutka həbs almasına baxmayaraq, mübariz ruhani müqavimət yolunu tərk etmədi. Sionist Əliyev rejimi şiələrə qarşı repressiya dalğasını tam sürətilə davam etdirir.

Həmçinin Azərbaycan Araşdırma Mərkəzinə istinadən xəbər veririk ki, Lənkəranda dünən 29 mart tarixində zalım Əliyev rejiminin İsraildə səfirliyinin rəsmi açılışı günü ilə bərabər, altı şiə din xadimi və ictimai xadim həbs edilərək Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb. Onlarla bağlı digər məlumatlar əldə olunduqda ictimaiyyətə xəbər veriləcək.

Həmçinin ölkəmizin müxtəlif bölgələrindən daxil olan xəbərlərdə dini fəalların həbslərinin yeni dalğası barədə məlumat verilir.

Əlavə olunmalıdır ki, Əliyev rejimi son 6 ayda 150 dini fəalı saxta ittihamlarla həbs edib.

Daha çox oxuyun: Ruhani Şeyx İmran Ələsgərov mənfur YAP rejimi tərəfindən həbs olunub + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir