Ruhani Şeyx İmran Ələsgərov mənfur YAP rejimi tərəfindən həbs olunub + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, dünən 21 yanvar tarixində Ruhani Şeyx İmran Ələsgərov Polis əməkdaşları tərəfindən aparılıb.
Şeyx İmran Ələsgərov yaşadığı Hövsan qəsəbəsində, özünə məxsus evdə dindarlarla Hacı Mövsüm Səmədovun görüşünü təşkil etmək istədiyinə görə, tağut rejim tərəfindən həbs olunub. Şeyx İmran 30 sutka müddətində azadlıqdan məhrum edilib. Qeyd edək ki, Şeyx İmran əsasən saray ruhaniləri ilə mübarizədə fəallıq göstərirdi.
O, dövlətin şiəlik əleyhinə apardığı siyasəti qınadığına görə, bundan əvvəl də dəfələrlə Dövlət Təhlükəsizliyi Xidməti və Polis tərəfindən saxlanılıb və izahatı alınaraq azadlığa buraxılmışdı. Şeyx İmran Ələsgərov barəsində əlavə ittihamlar barədə hələki məlumat yoxdur.
Qeyd edək ki, ruhani İranın Qum şəhərində dini təhsil almışdır.
Rəy