Türkiyənin Rusiya-Ukrayna müharibəsindən çəkdiyi ziyan!

Mustafa Pakdel
Yazar:Mustafa Pakdel
Çərşənbə axşamı 1 Mart 2022 - 01:53
https://az.iswnews.com/?p=2033

Ukrayna-Rusiya müharibəsində Bayraktar PUA-nın performansı bu dronun beynəlxalq bazarına kölgə salacaq.

Bir neçə ay əvvəl Türkiyədəki bəzi xəbər mənbələri ölkənin 2019-cu ildə Ukraynaya Bayraktar PUA-ın çatdırılmasına başlayacağını, 2020-ci ilin dekabrına qədər isə Ukrayna ordusunun Türkiyə istehsalı olan 6 Bayraktar PUA-nı alacağını açıqlamışdı.

Donetsk və Luqanskdakı separatçılarla Ukraynanın mərkəzi hökuməti arasında gərginliyin artması, həmçinin Rusiya hərbçilərinin Rusiya ilə sərhədə yerləşdirilməsi və irimiqyaslı hərbi fəaliyyətlərdən sonra Ukrayna hərbçiləri bu PUA üzərinə xüsusi hesab açıb və bundan Rusiya tərəfindən dəstəklənən qüvvələr və rus ordusunun hücumları əleyhinə istifadə etmək qərarına gəliblər.

Azərbaycan Respublikasının Ermənistanla müharibədə bu PUA-dan istifadə təcrübəsinə əsaslanaraq, Ukrayna ordusu PUA-nın Rusiya hərbi və müdafiə sistemlərinə qarşı da təsirli ola biləcəyini düşünürdü. Bununla belə, Ukrayna ordusunun rus hərbi kolonlarına nəzarətdə bu PUA-nın zəifliyi hiss olunur.

Kiyevin ətrafında rus qoşunlarının beş kilometrlik karvanının peykdən çəkilmiş görüntüləri göstərir ki, rus qoşunlarının kolonları Ukrayna hərbçilərinin hücumuna məruz qalmadan Kiyevdə 65 kilometr irəliləyirlər.

Son günlər Ukrayna ordusunun Rusiya kolonlarından casusluq etmək və onlara hücum etmək üçün pilotsuz təyyarələrdən istifadəsinin zəifliyi hiss olunur və Ukrayna ordusunun Bayraktar pilotsuz təyyarələri bir neçə xüsusi hal istisna olmaqla, Rusiya qoşunlarına qarşı digər əməliyyatlarda praktiki olaraq uğursuz olub.

Son müharibədə PUA-nın üstünlüyünün və effektivliyinin olmaması bu PUA-nın beynəlxalq bazarına təsir edəcək və PUA müştərilərini şübhə ilə qarşı-qarşıya qoyacaq. Bu, Türkiyənin hərbi texnika və silah satışına qoyduğu bütün təbliğat sərmayələrini böyük ölçüdə puça çıxara bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda bəyan edib ki, Türkiyə dünyanın ilk üç PUA istehsalçısından biridir. Bəzi türk mediası da bu PUA-nın tamamilə yerli istehsal olduğunu iddia edib. Lakin bir müddət sonra məlum olub ki, bu dronun müxtəlif və əsas hissələri ABŞ, Almaniya, İngiltərə, Avstriya və Kanada kimi ölkələr tərəfindən istehsal olunur və Türkiyəyə verilir!

Bayraktar TB2 PUA-sı Roketsan Müdafiə Şirkətinin istehsalı olan dörd MAM-L və MAM-C idarə olunan raketləri daşımaq qabiliyyətinə malikdir. Roketsan Türkiyənin ən mühüm silah istehsalçısıdır. Bu PUA yerüstü idarəetmə stansiyası tərəfindən idarə olunur və hazırda Türkiyə ordusunda “Enka” pilotsuz təyyarəsindən sonra ikinci ən güclü pilotsuz təyyarə hesab olunur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir