Fələstində baş verən son hadisələr, 29 Mart 2023

Çərşənbə 29 Mart 2023 - 20:12
https://az.iswnews.com/?p=20327

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, azı altı fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah saxlamaq və daşımaq, eləcə də İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

– Martın 23-də sionist rejim hərbçiləri Tulkərəmin şərqindəki Ezba Şufə kəndinə basqın edib, bundan sonra onlarla Tulkərəm müqavimət batalyonunun komandirlərindən olan Əmir Emad Əbu Xədicə arasında silahlı qarşıdurma baş verib. İsrail rejiminin əsgərləri Əbu Xədicənin evini mühasirəyə aldıqdan sonra bu fələstinli gənci evində birbaşa başına və bədəninin aşağı hissəsinə atəş açaraq şəhid ediblər.

Daha çox oxuyun: İordan çayının qərb sahilində müqavimətin cəbhə komandiri İsrail tərəfindən terror edildi + VİDEO və FOTO

– Martın 26-da təxminən 700 min sionist Təl-Əvivin və Hayfa da daxil olmaqla bir sıra digər şəhərlərin əsas prospektlərində İsrail baş nazirinin məhkəmə islahatları planlarına etiraz olaraq nümayiş keçirib.

Daha çox oxuyun: İşğal olunmuş Fələstin sakinlərinin Netanyahuya qarşı kütləvi nümayişləri davam edir + VİDEO və FOTO

– Martın 26-da Azərbaycanın Təl-Əvivdəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail rejiminin prezidenti İshak Hersoqa təqdim edib.

Daha çox oxuyun: Muxtar Məmmədov İsrail Prezidentinə etimadnaməsini təqdim edib + FOTO

– Sionist rejimin keçmiş baş naziri Yair Lapid bildirib ki, Netanyahunun məhkəmə islahatları nəhayət təsdiq olunarsa, o, işğal olunmuş Fələstini tərk edəcək.

– Martın 27-də İsrail rejiminin baş naziri Benyamin Netanyahu bu rejimin məhkəmə sistemi ilə bağlı mübahisəli planının dayandırıldığını açıqladı. O, çıxışı zamanı deyib: “Mən məhkəmə sistemində dəyişiklik təklifini dayandırmaq və dialoq üçün vaxt vermək qərarına gəldim”.

– İsrail mediasının verdiyi açıqlamaya görə, Netanyahunun məhkəmə islahatları planına etiraz olaraq tətil edən İsrail Hərbi Hava Qüvvələrinin pilotları bu plan dayandırıldıqdan sonra təlimlərə qayıdıblar.

– İsrail rejiminin keçmiş müdafiə naziri Aviqdor Liberman işğal olunmuş ərazilərdə etirazların artmasının ardınca Likud partiyasının üzvlərindən Netanyahu hökumətini devirməyi və yeni koalisiya qurmağı tələb edib.

– Technion Sionist Center Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edərək bu ölkənin paytaxtı Bakıda təhlükəsizlik yaratmaq və kiber çağırışlarla mübarizə aparmaq məqsədi ilə təhlükəsizlik mərkəzi yaradıb.

Daha çox oxuyun: Azərbaycanda İsrailin əməkdaşlığı ilə Kibertəhlükəsizlik Mərkəzi yaradılıb + FOTO

– Ötən 24 saat ərzində azı 6 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah saxlamaq və gəzdirmək, eləcə də İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

– Sionist rejim ordusu İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində fələstinli əsir Üsamə Ət-Tavilin evini yıxmaq niyyətində olduğunu açıqlayıb.

– İslam Əməkdaşlıq Təşkilatı müqəddəs Ramazan ayı ərzində işğalçı israillilərin Məscidül-Əqsaya qarşı davam edən basqın və təzyiqlərini və İordan çayının qərb sahilində fələstinlilərə qarşı hər gün edilən hücumları kəskin şəkildə pisləyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir