Yəmən xalqı Milli Müqavimət Günü münasibətilə yüksək səviyyədə yürüş keçirib + FOTO

Çərşənbə axşamı 28 Mart 2023 - 19:17
https://az.iswnews.com/?p=20266

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmən xalqının Milli Müqavimət Günü münasibətilə Sənaa şəhərində və Ənsarullahın nəzarəti altında olan digər şəhərlərdə geniş və coşğulu yürüşü keçirilib.

Ənsarullah lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husinin Yəmən xalqını Milli Müqavimət Gününün 9-cu ildönümü münasibətilə yürüşdə iştirak etmək üçün dəvət etməsindən sonra Yəmən xalqının müxtəlif təbəqələri 26 mart tarixində Ənsarullahın nəzarəti altında olan Sənaa, Səədə, Əl-Hudəydə və digər şəhərlərdə böyük yürüş keçirib.

Yəmənlilər bu yürüşün yekun bəyanatında bu ölkəyə qarşı təcavüzün davam etməsini və Amerikanın təcavüzkarlara dəstəyini pisləməklə yanaşı, Səudiyyə koalisiyası və Qərb ölkələrini Yəmənin mühasirəsi, müharibəsi və işğalının davam etməsi ilə bağlı xəbərdarlıq edib və onlarla mübarizədə öz birliklərini vurğulayıblar. Onlar Yəmən ordusunun təcavüzkarlarla mübarizədəki qələbələrini yüksək qiymətləndirməklə yanaşı, silahlı qüvvələrdən təcavüzkarların Yəmən xalqına qarşı cinayətlərinə kəskin cavab vermələrini istəyiblər.

2015-ci il martın 26-da Səudiyyə qırıcı təyyarələrinin Sənaa hava limanına hava hücumundan sonra Yəmənin şəhərlərində “Milli Müqavimət Günü” yürüşü kimi tanınan genişmiqyaslı nümayişlər keçirilib. Yəmən xalqı hər il bu gündə şüarlar səsləndirərək, Yəmənə təcavüz və mühasirəni pisləyir və Yəmənə qarşı cinayətlərə görə məsuliyyət tələb edir.

Daha çox oxuyun: Yəmən xalqı Milli Müqavimət Günü münasibətilə yürüş edib + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir