Müqavimət qrupları Suriyadakı Amerika bazalarına hücum etdi + VİDEO və FOTO

Şənbə 25 Mart 2023 - 18:17
https://az.iswnews.com/?p=20131

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, müqavimət qrupları Amerika təyyarələrinin Deyr əz-Zor əyalətindəki hədəflərə hücumlarına cavab olaraq Suriyanın şərqində Amerika koalisiyasına aid üç bazaya raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

Müqavimət qrupları martın 24-ü axşam saatlarında Amerikanın Deyr əz-Zorda altı suriyalı əsgərin şəhid olmasına səbəb olan aviazərbələrinə cavab olaraq, Amerika koalisiyasının Deyr əz-Zor əyalətində yerləşən Koniko qaz obyektlərindəki mövqeləri, Əl-Ömər neft yatağı və Həsəkə vilayətinin cənub ətraflarında yerləşən Əl-Şaddadi strateji bazası raket və dronlarla hədəfə alınıb.

Hücumdan bir neçə dəqiqə sonra Amerika hərbi rəsmisi Suriyanın Deyr əz-Zor əyalətindəki bazalarından birinin ən azı səkkiz raketlə hədəfə alındığını bildirib. O, əlavə edib: “Mümkün dağıntılar və tələfatları araşdırırıq”.

Bununla bağlı ABŞ prezidenti Co Bayden də deyib: “Biz İranla münaqişə axtarmırıq, lakin qüvvələrimizi qorumaq üçün gücə əl atmağa hazırıq”.

Hücumlar başa çatdıqdan sonra bir Amerika rəsmisi Əl-Cəzirə telekanalına bildirib ki, Suriyadakı Amerika qüvvələrinin üç bazasına raket hücumu nəticəsində bir Amerika əsgəri yaralanıb. Həmçinin, müdafiə sistemləri hücum edən üç pilotsuz təyyarədən ikisini vurub.

Qeyd edək ki, ötən gecə Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilməzdən əvvəl, elə həmin gün 24 mart tarixində səhər saatlarında Əl-Ömər neft yatağında yerləşən (Green Village) Yaşıl kənd kompleksində amerikalı terrorçuların mövqeləri raket hücumu ilə hədəfə alınmışdır. Amerikanın Qərbi Asiyadakı terror qərargahı (CENTCOM) bu hücumla bağlı bəyanat yayıb və elan etmişdir:

“Martın 24-də səhər saatlarında Əl-Ömər neft yatağına 10 raket atılıb, lakin bu hücumda hər hansı dağıntı və insan tələfatı olmayıb. Raketlərdən biri yaşayış evinə düşüb, evə ciddi ziyan dəyib, iki qadın və iki uşaq yaralanıb”.

Centcom-un bəyanatı

Fox News hücumla bağlı bildirib: “Suriyadakı Amerika bazalarına edilən hücumlarda çox sayda Amerika əsgərinin yaralandığı, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir”.

Fox News-in verdiyi xəbər

Dünən gecə baş verən hücumlardan təxminən 18 saat keçsə də, ABŞ-dan heç bir cavab verilməyib. Görünən odur ki, Amerika rəsmilərinin təhdid və sözlərinə baxmayaraq, amerikalılar İranla gərginliyin artmasından və Suriyada münaqişələrin davam etməsindən qorxur və bundan yayınırlar.

Xatırladaq ki, müqavimət qrupları Suriyadakı Amerika bazasına hücum etmişdilər. Bu hücum nəticəsində bir amerikalı olmüş və bir neçə digər amerikalı yaralanmışdır. Martın 23-də ABŞ qüvvələri bu hücumlara cavab olaraq Suriya Ordusu və Müqavimət qruplarının mövqelərinə hücum etmişdir. Yerli mənbələrin məlumatına görə, bu hücum nəticəsində 6 suriyalı hərbçi şəhid olmuşdur.

Daha çox oxuyun: Suriyada bir amerikalı öldürüldü; Müqavimət mövqelərinə Amerikanın hava hücumu + FOTO

Amerika koalisiyasının Deyr əz-Zor əyalətində yerləşən Koniko qaz obyektlərindəki mövqelərinə raket hücumunun videosu
Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağında amerikalı terrorçuların bazasında partlayış səsinin eşidilməsi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir