Hüseyniyyun bu ilin Ramazan ayını Şəhid Səbuhi ayı adlandırdı + FOTO

Cümə 24 Mart 2023 - 00:09
https://az.iswnews.com/?p=20087

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hüseyniyyun Azərbaycan İslam Müqaviməti 2023-cü il mübarək Ramazan ayının gəlişi münasibəti ilə elan yayımladı.

Hüseyniyyun Azərbaycan İslam Müqaviməti 2023-cü il Mübarək Ramazan ayının daxil olması münasibəti ilə 23 mart tarixində bu ayı Şəhid Səbuhi Səlimov ayı adlandıraraq elan yayımladı.

Elanı olduğu kimi sizə təqdim edirik:

Şəhid Səbuhi adına olan 2023-cü ilin mübarək Ramazan ayında Şəhid ailələri, kimsəsizləri, xüsusən də son aylarda günahsız yerə şərlənərək həbs edilən dindarların ailələrini unutmayın.
Verilən ehsanları, iftarları və etdiyiniz ibadətləri İmam Zaman (ə) ağanın zühurunun təcili niyyətinə sionistlərlə mübarizə yolunun şəhidi Səbuhi Səlimovun əzəmətli ruhuna hədiyyə edin.
Allah tezliklə Azərbaycanı və İslam ümmətini şeytan qüvvələri və sionistlərin şərrindən nicat versin və müqavimət cəbhəsini onların üzərində qalib etsin. Amin

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir