Rusiya sülhməramlı kontingentinin Qarabağ bölgəsindəki son vəziyyətlə bağlı hesabatı

Cümə axşamı 23 Mart 2023 - 22:40
https://az.iswnews.com/?p=20081

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Rusiya sülhməramlı kontingentinin rəsmi saytına istinadən xəbər verir ki, Şuşa rayonu ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.

Hesabatı olduğu kimi sizə təqdim edirik:

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülleteni (23 mart 2023-cü il tarixinə)

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Şuşa rayonu ərazisində atəşkəs rejiminin 1 pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Faktla bağlı RMC araşdırma aparır.

Mardakert, Martuni rayonları və Laçın dəhlizində üç marşrut xətti üzrə patrul xidməti həyata keçirilib.

QORİS – STEPANAKERT marşrutu üzrə humanitar yük daşıyan RCC avtomobil karvanının müşayiəti təmin edilib.

STEPANAKERT-də aztəminatlı və çoxuşaqlı ailələrə ərzaq bağlamalarının paylanması məqsədilə humanitar aksiya keçirilib.

Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları obyektlərin və ərazilərin minalardan təmizlənməsini davam etdirir. Gün ərzində 0,5 hektar ərazi təmizlənib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2521,5 hektar ərazi, 689,5 kilometr yol, 1940 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26 779 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Sitatın sonu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir