Əsrin korrupsiyası; İraq büdcəsindən 2,5 milyard dollar necə talan edildi?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Bazar ertəsi 20 Mart 2023 - 17:08
https://az.iswnews.com/?p=19962

İraqın vergi gəlirlərindən 2,5 milyard dolların biabırçı surətdə talan edilməsi İraqda “əsrin korrupsiyası” kimi tanınan böyük bir korrupsiyadır. Bu məsələ İraq xalqı və dünya mediası arasında çoxlu reaksiyalara səbəb olub. Bu böyük biyabırçılıq Əl-Kazemi hökumətinin son günlərində üzə çıxdı və bir sıra İraq siyasi rəsmiləri iqtisadi korrupsiyaya görə həbs edildi. Bu işə reaksiyalar davam edir və bəzi təqsirləndirilən şəxslərin sərbəst buraxılması İraqda ictimaiyyətin qəzəbinə səbəb olub.

Məlumatlı mənbələrə və 2021-ci ilin yayında dərc edilmiş İraq hökumətinin məktubları toplusuna görə, 2,5 milyard dollarlıq oğurluq İraqın bəzi yüksək vəzifəli dövlət məmurları tərəfindən həyata keçirilib. O zaman baş nazirlik də daxil olmaqla, müxtəlif dövlət qurumlarının imzaladığı sənədlər İraq Vergi Komissiyasının hesablarından pul çıxarılmasının auditinin manipulyasiya edildiyini göstərir.

Bu sənədlər o zaman diqqəti cəlb etmirdi, çünki İraq təxminən iki il qarışıqlıq yaşayırdı və seçkilərə doğru gedirdi. Parlamentin fəaliyyəti dayandırılmışdır. Media və beynəlxalq ictimaiyyətin gözləri 2021-ci ilin oktyabrında keçirilmiş seçkilərin nəticələrinə dikilmişdi və İraqda cəmiyyətin və hökumətin vəziyyətinə etirazlar və narazılıqlar hələ də səngiməmişdi. Amma pərdə arxasında ən böyük iqtisadi korrupsiya adı olan vergi gəlirlərinin mənimsənilməsi səhnəsi qurulubmuş. Mustafa Əl-Kazeminin baş nazirliyi dövründə baş verən mənimsəmə və qalmaqal o qədər əhəmiyyətli idi ki, hətta İraq kimi Transparency International Təşkilatının reytinqində ən aşağı yerlərdən birini tutan bir ölkə üçün belə əhəmiyyətli idi. 2,5 milyard dollar vergi pulu heç bir xarici varlığı olmayan və demək olar ki, heç bir kağız sənədi olmayan şirkətlər tərəfindən bəzi İraq rəsmilərinin köməkliyi ilə oğurlanmış, Bağdadın mühüm məhəllələrində daşınmaz əmlak almaq yolu ilə pul yuyulmuşdur.

Bu planı tanınmış iş adamı və vergi komissiyasındakı siyasi qruplaşmanın dəstəyini alan işçilər həyata keçirib. Bu işdə açıqlanan sənədlərə və müsahibələrə görə, aydın olur ki, bu böyük həcmdə oğurluq ancaq baş nazirlik, pulu çıxaran bank və Mərkəzi Bank da daxil olmaqla geniş bir qurumun məlumatlı olması ilə həyata keçirilə bilərdi.

Təbii ki, qərb mediası öz təbliğatında bu qrupun İrana yaxın siyasi partiyalardan biri ilə koordinasiyasını elan etdi və İranın da bu işdə əli olduğunu iddia etdi! Bu sahədə məlumatlı bir şəxs bəyan etdi ki, bu təxribatdır, böyük bir şəbəkənin işidir və bunun arxasında İraqın güclü qurumlarından olan böyük siyasətçilər dayanır. Belə bir məbləği tək idarə rəisləri oğurlaya bilməz. Bəzi ekspertlər etiraf edirlər ki, Əl-Kazemi hökumətində iqtisadi korrupsiya fenomeni güclənib, çünki Əl-Kazeminin xalq və siyasi bazası yox idi və siyasi qrupların dəstəyini qazanmaq üçün dövlət postlarının bölüşdürülməsi və böyük subsidiyalar kimi müxtəlif tədbirlər həmin dövrdə həyata keçirilmişdir.

İraqda korrupsiya ilə bağlı araşdırmalar və tədqiqatlar şəffaflıq yaratmaqdan daha çox müxalifəti gözdən salmaq üçün istifadə olunur! Siyasi əlaqələr koalisiyalarla iş birliyi vasitəsi ilə qurulur və İraqın siyasi arenasında mühüm dövlət postları partiyalar arasında bölünür ki, hər kəs öz partiyasının və təşkilatının nəzdində öz payını alması üçün əmin olsun. Bəzi iraqlı ekspertlər deyirlər ki, Əl-Kazemi hökumətinin sonunda hökumət postlarının bölünməsi daha tez-tez baş verib, çünki bu, onun hakimiyyətdə qala biləcəyi yeganə yol idi.

Bəziləri hesab edir ki, bu məsələnin kökü İraq parlamentinin o zamankı İqtisadi Komissiyasının rəhbəri Heysəm Əl-Cuburinin vergi komissiyasının hesablarının yoxlanılmasını sürətləndirməyi təklif etdiyi planla bağlıdır. Bir neçə ay sonra Əl-Cuburi Əl-Kazeminin müşavirlərindən biri seçildi. Lakin İraq Daxili İşlər Nazirliyi onun baş qərargah rəisini hava limanında bu quldurluqda əsas şübhəlilərdən biri kimi həbs etdi. Bir az sonra Əl-Cuburinin özü də həbs edildi. Məhz 2023-cü ilin yanvarında İraq Ədliyyəsi korrupsiya ittihamı ilə həbsdə olan işin əsas şübhəlisi Nur Zuheyr Casim və Əl-Cuburi-ni maliyyə zəmanəti ilə azad etdi və bu hərəkət İraq Xalqının ümumi qəzəbinə səbəb oldu.

İndiyə qədər görülən tədbirlərə baxmayaraq, bir çox iraqlılar hələ də bu işin davam etdiriləcəyi prosesə şübhə ilə yanaşırlar və bəziləri deyir ki, hökumət nəhayət bir neçə aşağı səviyyəli menecerləri həbs etməklə kifayətlənib, qalanları isə yəqin ki, qaçacaqlar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir