İsrail Suriyaya hava zərbələri endirib; 3 suriyalı əsgər yaralanıb + FOTO və VİDEO

Bazar 12 Mart 2023 - 09:34
https://az.iswnews.com/?p=19764

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin Tərtus və Həma əyalətlərindəki hədəflərə hava hücumu nəticəsində azı üç suriyalı hərbçi yaralanıb.

Suriya hərbi mənbəsindən verilən məlumata görə, bu gün bazar günü yerli vaxtla saat 07:15-də İsrail Livanın şimalından bir neçə raketlə Tərtus və Həma əyalətlərindəki hədəflərə hücum edib və hava hücumundan müdafiə qüvvələri raketlərin əksəriyyətini vurub. Bu hücum üç əsgərin yaralanması və maddi ziyanın yaranması ilə nəticələnib.

Bu hücumun hədəflərindən birinin Həma vilayətində yerləşən Misyafdakı elmi araşdırma mərkəzi olduğu bildirilir. Bununla bağlı əlavə məlumat verilməyib.

“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, İsrail ordusunun 2022-ci il 21 mart tarixindən Suriyaya qarşı həyata keçirdiyi 26-cı hücumudur.

Qeyd edək ki, sionist ordusu martın 7-də Aralıq dənizindən bir neçə raketlə Hələb beynəlxalq hava limanına hücum etmişdir. Bu hücum nəticəsində Hələb hava limanı bir neçə günlük fəaliyyətini dayandırmışdır.

Daha çox oxuyun: İsrail aviasiyası Hələb hava limanına hava zərbələri endirib + FOTO

İsrail qırıcılarının Həmaya hücumunun videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir