İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul edib

Cümə 10 Mart 2023 - 10:08
https://az.iswnews.com/?p=19721

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrailin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib.

Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu və burada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərinin müzakirəsi üçün Forumun yaxşı imkan yaratdığı vurğulandı.

Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək Azərbaycanın İsraildə səfirliyinin açılmasının önəmi, eyni zamanda, bu ilin fevralında Əliyevin Münxendə İsrailin müdafiə naziri Yoav Qallant ilə görüşü qeyd edildi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir