Cenində üç Fələstin müqavimət qüvvəsi şəhid olub + FOTO

Cümə axşamı 9 Mart 2023 - 14:03
https://az.iswnews.com/?p=19689

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds qüvvələrinin 3 üzvü İsrail hərbçilərinin İordan Çayının Qərb Sahilində yerləşən Ceninin cənubundakı Caba qəsəbəsinə hücumu nəticəsində şəhid olub.

Bu gün martın 9-da sionist qüvvələr Ceninin cənubunda yerləşən Caba qəsəbəsinə hücum edib və bu qəsəbəyə daxil olduqdan sonra onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma başlayıb.

Bu qarşıdurma nəticəsində Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds qüvvələrinin “Süfyan Adnan İsmail Faxuri”, “Naif Əhməd Yusuf Melayşeh” və “Əhməd Məhəmməd Zeeb Faşafşeh” adlı üç üzvü şəhid olub.

Bununla bağlı yerli mənbələr İsrail xüsusi təyinatlılarının Caba qəsəbəsinə basqın edərək Sərayəl-Qüds qüvvələrinə aid avtomobilin yolunda pusqu quraraq güllələdiklərini bildirib.

Yediot Ahronot da daxil olmaqla İsrail mediaları Şabak əməliyyatçılarının Cenin yaxınlığında sui-qəsd əməliyyatı həyata keçirdiklərini təsdiqləyib.

Həmçinin, bu gün baş verən qarşıdurmalar zamanı Fələstin müqavimət qüvvələri Caba qəsəbəsində İsrail ordusuna məxsus bir dronu vurub.

Qeyd edək ki, martın 7-də sionist qüvvələr Cenin düşərgəsinə hücum etmiş, nəticədə 6 fələstinli şəhid olmuş, 26 nəfər isə yaralanmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir