İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 8 Mart 2023

Çərşənbə 8 Mart 2023 - 17:54
https://az.iswnews.com/?p=19641

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsinə hücumu nəticəsində 6 fələstinli şəhid olub, 26 nəfər isə yaralanıb.

Martın 7-də sionist qüvvələr Cenin düşərgəsinə hücum edib, bunun ardınca onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma baş verib və bu zaman ən azı 6 fələstinli şəhid olub, 26 nəfər yaralanıb. Həmçinin bu münaqişə zamanı sionist ordusunun “Yamam” xüsusi təyinatlılarının iki üzvü də yaralanıb və xəstəxanaya aparılıb.

Tərəflər arasında atışma zamanı Fələstin müqavimət qüvvələri Cenin düşərgəsində İsrail ordusunun iki kvadrokopterini vurmağa nail olub. Bu kvadrokopterlərin missiyası və növü haqqında ətraflı məlumat dərc olunmayıb.

Münaqişələrin bitməsi və İsrail əsgərlərinin geri çəkilməsindən sonra İsrail mediası sionist rejim ordusunun Qəzza zolağında müqavimətin Ceninə hücumlara mümkün cavabından ehtiyat edərək, tam döyüş hazırlığında olduğunu elan edib.

Bu baxımdan HƏMAS hərəkatı İsrail əsgərlərinin Cenin düşərgəsinə hücumu və bir sıra fələstinlilərin şəhid olmasına cavab olaraq İordan çayının qərb sahilində müqavimətin dayanmayacağını və azadlıq və müstəqillik də daxil olmaqla bütün məqsədləri reallaşana qədər davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, fevralın 22-də sionist qüvvələrin köhnə Nablus məhəlləsinə hücumundan sonra onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma baş vermiş, bu zaman ən azı 9 fələstinli şəhid olmuş, 97 nəfər yaralanmışdı.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir